Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər

Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün imkan var. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi strateji keçid?” mövzusunda keçirilən paneldə danışıb. O qeyd edib ki, ABŞ-nin indiki administrasiya ilə qarşılıqlı təşviq istəyi müşahidə edilir: “Hazırkı ABŞ administrasiyası ilə biz ikitərəfli münasibətləri tamamilə yeni səviyyəyə çatdırmaq üçün böyük fürsət görürük və düşünürük ki, bu əlaqələri hətta strateji tərəfdaşlıq nöqtəsinə çatdırmaq imkanı var. Çox təəssüf ki, Bayden administrasiyası ilə bizim…

Daha çox

Fövqəladə Hallar Nazirliyinin strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturuna daxil olan qurumlarda və regional mərkəzlərdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib. FHN-dən SİA-ya verilən məlumata görə, tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə çıxış edənlər xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər ölkəmizdə yaranmış dərin böhrandan, xalqımızı gözləyən faciələrdən bəhs ediblər. Bildirilib ki, səriştəsiz…

Daha çox

İranın nüvə obyektləri ətrafında mövcud vəziyyət narahatlıq doğurur

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Ərağçi ilə telefon danışığı zamanı nüvə obyektləri ətrafında mövcud vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat paylaşıb. Bildirilib ki, Azərbaycan XİN başçısı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.

Daha çox

Odessa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti keçirilib

Müharibə şəraitində Ukraynada yaşayan azərbaycanlıların, soydaşlarımızın problemlərini yerindəcə həll etmək üçün Azərbaycanın bu ölkədəki səfirliyinin bölgələrdə səyyar konsulluq xidməti davam edir. SİA xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi iyunun 14-də Odessa şəhərindəki “Azərbaycan Evi”ndə soydaşlarımız üçün səyyar konsulluq xidməti təşkil edib. Səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov və Pərviz Əsədov Odessa vilayəti və yaxın ərazilərdən gələn soydaşlarımızın müraciətlərini dinləyiblər. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub. Səyyar qəbulda Odessada ilk dəfə olaraq mobil pasport avadanlıqları ilə pasport müraciətləri də qəbul olunub. Q.Ağadadaşov vurğulayıb…

Daha çox

AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan aşağıdakı reysləri ləğv edilib: Bu barədə SİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir. 14 iyun 2025-ci il: * Bakı – Tel-Əviv – Bakı (J2 331/332) * Bakı – Nyu-Dehli – Bakı (J2 057/058) * Bakı – İslamabad – Bakı (J2 143/144) * Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204) * Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠ 15…

Daha çox

Ceyhun Bayramov və Seyid Abbas Ərağçi İsrailin İrana hücumundan sonra yaranmış vəziyyəti müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat paylaşıb. Telefon danışığı zamanı, İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət müzakirə olunub. Bildirilib ki, İranın xarici işlər naziri İsrail Dövləti tərəfindən həyata keçirilmiş hücum, eləcə də İran tərəfindən atılan addımlar barədə məlumat verib. Nazir Ceyhun Bayramov bölgədə vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib. İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, digər rəsmi şəxslərin və İran vətəndaşlarının…

Daha çox

“Sosial islahatların əsas məqsəd sosial rifahın gücləndirilməsidir”

2025-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev yeni sosial islahat paketini çərçivəsində növbəti fərman imzalayıb. Hələ ilin əvvəlindən bu paket çərçivəsində əməkhaqqı 16%, pensiyalar isə 8,1% artırılmışdı. Həmçinin, minimum əməkhaqqı 400 manata yüksəldilib. Növbəti mərhələ olaraq sosial islahatların əsas hədəfi şəhid ailələri, əlilliyi olan şəxslər, çoxuşaqlı ailələr və analar üçün müavinətlərin və təqaüdlərin 20% artırılmasıdır. Bu tədbirlərdən təxminən 3 milyon vətəndaş faydalanacaq. Yeni fərmanla bağlı fikirlərini bölüşən “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva islahatların sosial rifahın gücləndirilməsi məqsədini daşıdığını bildirib. O, dövlətin vətəndaşlarına, xüsusilə…

Daha çox

Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb

Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” mövzusunda keçirilən paneldə danışıb. O qeyd edib ki, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə isə İsrail-İran hərbi qarşıdurması mövcuddur: “Biz bunu gözləyirdik və özümüzü müəyyən mənada Yaxın Şərqdən gələ biləcək yeni sunamilərə, eləcə də sanksiyalar altında olan qonşularımıza qarşı mümkün ssenarilərə hazırlamışdıq”.

Daha çox

“Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə olduqca təlatümlü bir mərhələdən keçirdi”

“Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə olduqca təlatümlü bir mərhələdən keçirdi. Həmin illərdə ölkədə dərin bir xaos hökm sürürdü. Bu vəziyyətin formalaşmasında bir neçə mühüm amil rol oynayırdı: xarici təcavüz təhlükəsi və daxildəki siyasi anarxiya”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. Onun sözlərinə görə, müstəqillik əldə edildikdən sonra hakimiyyətə gələn siyasi komanda və idarəedici strukturların təcrübəsizliyi, reallıqları nəzərə almadan verilən bəyanatlar və atılan addımlar vəziyyətin daha da gərginləşməsinə səbəb oldu: “Bu xaos həm daxili, həm də xarici təzyiqlərin təsiri ilə dərinləşdi. Lakin Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi…

Daha çox