Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun Xankəndi şəhərində növbəti iclası keçirilir. SİA xəbər verir ki, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə Xocalı, rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edirlər.
Daha çoxDay: June 13, 2025
“Son zəng” günü 37 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-22° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq…
Daha çoxMilli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
İyunun 12-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Səbail Rayon İcra Hakimiyyəti və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti və Milli Qurtuluş Gününə dair videoçarx nümayiş etdirilib. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında Milli Qurtuluş Gününün Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. O bildirib ki, həmin gün…
Daha çox“İşsiz qalmaq gənclərin gələcəyə dair ümidlərini sarsıda bilər”
“İşsizlik hər yaş qrupunda fərdlərə mənfi təsir göstərsə də, gənclər üçün bu vəziyyətin psixoloji nəticələri daha dərin və çoxşaxəli ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Brainspotting terapisti Pərvanə Musayeva deyib. O bildirib ki, çünki gənclik dövrü həm peşəkar kimliyin formalaşdığı, həm də müstəqillik yolunda addımların atıldığı bir dövrdür: “İşsiz qalmaq gənclərin psixoloji sağlamlığını, sosial münasibətlərini və gələcəyə dair ümidlərini sarsıda bilər. İşsizlik gənc insanlar üçün yalnız maddi deyil, eyni zamanda psixoloji baxımdan da ciddi bir sınaqdır. Bu durum gənclərdə depressiya, ümidsizlik, narahatlıq və digər psixoloji çətinliklərin yaranmasına və ya…
Daha çoxXankəndi, Şuşa, Ağdərə və Xocalıda yeni milli park yaradılır
Azad olunmuş Xankəndi və Şuşa şəhərlərində, eləcə də Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır. SİA xəbər ki, bunu Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib. Onun sözlərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, milli park 100 min hektar ərazini əhatə edəcək və artıq parkın xəritəsi də hazırlanıb: “Xəritə Əmlak məsələləri üzrə Dövlət komitəsinə göndərilib. Bu ilin…
Daha çoxMaliyyə naziri büdcə gəlirlərinin və xərclərinin ÜDM-dəki payını şərh edib
Maliyyə naziri Sahil Babayev Milli Məclis üzvlərinin təklifi ilə dövlət büdcəsinin gəlir və xərclərinin ümumi daxili məhsuldakı (ÜDM) payını şərh edib. SİA xəbər verir ki, nazir mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb. Onun sözlərinə görə, bu məsələ konseptualdır: “Hər dövlətin və yaxud ekspertin bu məsələdə fərqli yanaşması ola bilər. Yəni, dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-də optimal və yaxud yaxşı payı necə faiz olmalıdır məsələsi hazırda müzakirə obyektidir. Bir sıra ölkələrdə bu rəqəm 25-26 %, digərlərində 35-36 %, selektiv olaraq baxdıqda isə bəzi dövlətlərdə 40 %-dən çoxdur. Bu…
Daha çoxAzərbaycanın İsraildəki Səfirliyi vətəndaşlara müraciət edib
Azərbaycanın İsraildəki Səfirliyi vətəndaşlara müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə səfirliyin rəsmi “X” hesabında yazılıb. “Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri, ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etmələri tövsiyə olunur”,-məlumatda qeyd olunub. Müraciətdə Azərbaycan vətəndaşlarından İsrailin yerli səlahiyyətli qurumları tərəfindən verilən təhlükəsizlik təlimatlarına tam uyğun şəkildə davranmaları və mümkün qədər sığınacaqlara yaxın ərazilərdə olmaları xahiş olunub: “Təhlükə ilə bağlı operativ məlumatların…
Daha çox“Türk dövlətləri daha bir əməkdaşlığa addım atdılar”
“Türk dövlətləri daha bir əməkdaşlığa addım atdılar”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı deputat Aydın Mirzəzadə deyib. O, eyni zamanda hər kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edib: “Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Bütün dünyada Azərbaycanın beynəlxalq nüfuzu var. Həm də dünən Prezidentin sosial müavinətlərlə bağlı imzaladığı sərəncam mühüm əhəmiyyətə malikdir. Ona görə, deputat kimi cənab Prezidentə təşəkkür etmək istəyirəm. Bu, müstəqilliyimizin, getdiyidimiz yolun müsbət nəticələridir”.
Daha çoxParlament qanunsuz aborta görə cəzaların sərtləşdirilməsini son oxunuşda təsdiqləyib
Milli Məclis həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə və müvafiq ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan zərərvurmaya görə cəzalar sərtləşdirilməsini son oxunuşda təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, sözügedən hallara görə şəxsin sağlamlığına az ağır ziyan vurulduqda 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1…
Daha çoxİsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
Azərbaycan İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda tərəflər mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dialoq və diplomatik yollarla həll etməyə çağırılıb: “Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir”.
Daha çox