Azərbaycanın enerji tarixinin yeni səhifəsi

Azərbaycan iqtisadiyyatının təməl sütunu olan SOCAR yeni transformasiya mərhələsinə qədəm qoyub. Şirkətin əsas məqsədi ənənəvi neft-qaz şirkətindən ölkənin enerji təhlükəsizliyini davamlı olaraq təmin edən və dəyər yaradan beynəlxalq enerji şirkətinə çevrilməkdir. Şirkətin transformasiyası yalnız milli sərhədlərlə məhdudlaşmayıb – beynəlxalq layihələrdə fəal iştirakı və strateji tərəfdaşlıqlar sayəsində şirkət gəlir mənbələrini şaxələndirərək beynəlxalq səviyyədə fəaliyyətini genişləndirib. Bütün bunlar SOCAR-ın uzunmüddətli dayanıqlı inkişafı üçün möhkəm əsas formalaşdırır və şirkətin qlobal enerji ekosisteminə daha dərin inteqrasiyası üçün bir platforma rolunu oynayır. Şirkətin karbonsuzlaşdırma, beynəlxalq tərəfdaşlıq və “yaşıl keçid” çərçivəsində əlavə dəyər yaradılması istiqamətindəki strategiyası…

Daha çox

Mürsəl İbrahimov Tovuzda vətəndaş qəbulu keçirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Tovuzda Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Xidmətdən əmlumat verilib. Qəbulda 3 şəhid ailəsi və 9 müharibə iştirakçısı olmaqla 22 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-da həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar…

Daha çox

Azərbaycan BƏƏ ilə sənaye tərəfdaşlığının inkişafını müzakirə edib

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafını, təcrübə mübadiləsini və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqini nəzərdən keçirib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirdik. BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında “Abşeron” qaz-kondensat yatağının birgə işlənməsi, “Masdar” şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqları vurğuladıq”,-deyə o qeyd edib.

Daha çox

Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi ilə bağlı qanuna dəyişiklik qüvvəyə minib

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddinin ləğv edilməsi haqqında qanuna dəyişiklik qüvvəyə minib. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, ordu generalı ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən…

Daha çox

Tramp Amerika üçün Qorbaçova çevrilir…

“Nə qədər etiraf etməsə də, Donald Tramp ABŞ-ı uçurumun dibinə qədər gətirib çıxarıb. İlk prezidentlik günlərindəki gurultulu bəyanat və hədələr, bir çox dünya liderlərini azarlayan hərəkətləri artıq onun köməyinə gəlmir. Onun Ağ Evə köçər-köçməz özünü dünya ağası kimi aparması artıq fiaskoya uğramış bir keçmiş kimi xatırlanır. Dünyadakı müharibələri bir neçə həftəyə bitirə biləcəyi barədəki “falçılığı” yaxşı xatırlanır. Artıq onun Vladimir Putinlə ittifaqı da keçici həvəs kimi başa çatıb. İndi sırada onun siyasətinə etiraz edən amerikalılar var. Xüsusilə D.Trampın miqrantlar əleyhinə amansız siyasəti, Meksika və Kanadaya qarşı qəbuledilməz sərt addımları, açıq…

Daha çox

Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!

Ölkənin ilk rəqəmsal bankı Birbank, innovasiya və sürət lideri “Bakcell”-lə əməkdaşlıq çərçivəsində ölkədə bir ilkə imza atır. Belə ki, müştərilər “Bakcell”-in yalnız “Birinci” tarifinə aid boş SIM kartlarını əldə edərək, zərfin içərisində təqdim olunan QR kod vasitəsilə nömrəni onlayn formada, heç bir sənəd təqdim etmədən aktivləşdirə və unikal imkanlardan faydalanmaq şansı qaznırlar. Cəmi 6.90 AZN-dən başlayan məbləğlə “Birinci” tarifinə qoşularaq sərfəli rabitə xidməti əldə etmək mümkündür. Eyni zamanda “Birinci” tarifinə qoşulan istifadəçilər üçün xüsusi üstünlüklər də təqdim olunur: Birbank tətbiqindən istifadə üçün internet paketi bitdikdən sonra pulsuz internet; Kommunal, TV,…

Daha çox

“Hadisələrin hər ikisi dövlətçiliyin əsas sütunlarından biri kimi qiymətləndirilməlidir”

“Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin məhz iyun ayının 15-də, Şuşa şəhərində imzalanmasının özünün xüsusi əhəmiyyəti var. Çünki 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycan dövlətinin təməlləri atıldı və bu yol bizi Şuşanın azad olunmasına, torpaqlarımızın işğaldan azad edilməsinə qədər gətirib çıxardı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, əgər 15 iyun – Qurtuluş Günü olmasaydı, biz bu gün Şuşaya qayıda bilməzdik. Və əgər Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” siyasi tezisi olmasaydı, biz bu gün…

Daha çox

Müstəqil həyata çağırış – “Son zəng”

2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun adını qazanır Bu gün müstəqil və suveren Azərbaycanın bütün ümumtəhsil müəssisələrdə, onbirillik məktəb həyatının “Son zəng”i çalındı. On bir il elmi biliklərə yiyələnən məktəblilər məzun adını qazandılar. Yaddaşlarda qalacaq bu günün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirəsi tək əbədiləşəcəkdir. 2024-2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 157 802 nəfər, tam orta təhsil səviyyəsi üzrə isə 116 222 nəfər şagird məzun adını qazanır. 2024-2025-ci tədris ilində Bakı Şəhəri…

Daha çox

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırıb

İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur: “Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi [email protected] +972 54…

Daha çox

Özəl məlumatların paylaşılması hansı risklər yaradır?

“Şəxsi məlumatların internet üzərindən oğurlanması bir neçə üsulla həyata keçirilə bilər. Ən çox yayılmış metod fişinq (phishing) hücumlarıdır, yəni istifadəçiyə e-poçt, SMS və ya saxta linklər vasitəsilə rəsmi qurum adı ilə müraciət olunur və həmin şəxs öz bank, şifrə və ya digər məxfi məlumatlarını bilmədən hücumçulara təqdim edir”. Bu sözləri SİA-ya açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov deyib. O bildirib ki, bundan əlavə, zərərli proqram təminatı (malware), təhlükəsiz olmayan tətbiqlər və brauzer əlavələri vasitəsilə də şəxsi məlumatların ələ keçirilməsi mümkündür: “İstifadəçinin zəif şifrələrdən istifadə etməsi və ya eyni paroldan bir…

Daha çox