ÜTT-yə üzvlük çərçivəsində Azərbaycan ilə Çin arasında protokol imzalanacaq

Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük çərçivəsində Azərbaycan ilə Çin arasında protokol imzalanacaq. İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, bu barədə müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin Çinə səfər çərçivəsində bu ölkənin ticarət nazirinin müavini Yan Donq ilə görüşündə aparılıb. ÜTT-yə üzvlük prosesi çərçivəsində mallar və xidmətlər üzrə ikitərəfli müzakirələr aparılıb. Müzakirələr nəticəsində ÜTT-yə üzvlük çərçivəsində ölkəmizlə Çin arasında mallar və xidmətlər üzrə danışıqlar yekunlaşdırılıb.Görüşdə qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin möhkəm təməllər üzərində qurulduğu vurğulanıb. İki ölkə arasında inkişaf edən ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların…

Daha çox

Vəkillər Kollegiyasının sədri vətəndaş qəbulu keçirib

Vəkillər Kollegiyasının sədri Anar Bağırov vətəndaş qəbulu keçirib. Bu barədə SİA-ya Vəkillər Kollegiyasından məlumat verilib. Bildirilib ki, Vəkillər Kollegiyasının binasında Bakı şəhəri və respublikanın bölgələrindən qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər və tövsiyələr verilib. Eyni zamanda sədr məsələlərin bir qisminin həlli istiqamətində tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb, aidiyyəti üzrə tədbirlərin görüləcəyini bildirib. Xatırladaq ki, Vəkillər Kollegiyasında vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri…

Daha çox

Mehmanxanaların sayı artıb

2017–2024-cü illərdə Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 44,4 %, bu obyektlərin birdəfəlik tutumu isə təxminən 62 % artıb. SİA xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media turda bildirib. O, qeyd edib ki, 2018–2024-cü illərdə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti üzrə ÜDM istehsalı ildə orta hesabla 3,8 % artıb: “Bu artım nəticəsində həmin dövrdə sektorda yaradılan əlavə dəyər 30 % yüksələrək 2024-cü ildə 3,1 milyard manata çatıb”.

Daha çox

Milli Qurtuluş Günü Azərbaycanın bugünkü reallıqlarının başlanğıcı oldu

Real müstəqilliyimizin başlanğıc günü Bu gün böyük sevinclə, sonsuz qürur hissi ilə müstəqilliyimizin başlanğıc tarixi olan 15 İyun-Milli Qurtuluş Gününün 32 illiyini qeyd edirik. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin əvvəlində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdı. AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə yalnız hakimiyyətini saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına səbəb olmuşdu. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə…

Daha çox

Yaxın 5 ildə turizm ÜDM-nin dəyəri 11,5 milyard manata çatdırılacaq

2030-cu ilə qədər Azərbaycanda turizm sektorunun ÜDM-də istehsalı 11,5 milyard manata çatacaq. SİA-nın “Şahdağ” Turizm Mərkəzinə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadə yay mövsümünün açılışı, bu istiqamətdə həyata keçirilən işlər və yeniliklərlə əlaqədar media turda deyib. Onun sözlərinə görə, bu dövrə qədər turizmin qeyri-neft və qaz iqtisadiyyatındakı payının 8,2 %-ə, turizm üzrə daxilolmaların isə 7,4 milyard manata yüksələcəyi proqnozlaşdırılır. K. Quluzadə əlavə edib ki, 2030-cu ilədək regionların xarici turist gecələmələrindəki xüsusi çəkisinin 46 %-ə, turizm sənayesinin muzdlu əmək…

Daha çox

AZAL təhlükəsizlik məqsədilə Bakıdan Mumbai, Dammam və Lahora reysləri ləğv edib

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarını təhlükəsizlik səbəbindən bağlaması ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) iyunun 13-nə planlaşdırılan üç reys ləğv edilib. SİA bu barədə aviaşirkətə istinadən xəbər verir. Məlumata görə, Bakı-Lahor-Bakı (J2 145/146), Bakı-Mumbai-Bakı (J2 059/060) və Bakı-Dammam-Bakı (J2 8205/8206) reysləri ləğv edilib. “AZAL uçuşların təhlükəsizliyini prioritet hesab edərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri baş verən yeniliklər barədə operativ şəkildə məlumatlandıracaq”, – məlumatda deyilir. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Daha çox

İran nüvəsindən vuruldu

İsrail əsas regional düşməni ilə müharibəyə başlayıb İyunun 15-də ABŞ-İran danışıqlarının növbəti raundu başlamazdan əvvəl İsrail İranın nüvə infrastrukturuna və ali rəhbərliyinə bir sıra hücumlara başlayıb. Yəhudi dövlətinin rəsmiləri əməliyyatı qabaqlayıcı addım adlandırıb. Hava hücumları ilə yanaşı, İsrailin Mossad kəşfiyyat agentliyi İslam Respublikasında raket inkişafı və hava hücumundan müdafiə sistemləri ilə məşğul olan obyektləri hədəf alaraq bir sıra təxribat əməliyyatları həyata keçirib. İran cavab tədbirləri görəcəyini vəd edib və hadisəyə görə ABŞ-ı məsuliyyət daşıdığını bildirib. Qərb kəşfiyyatının bir gün əvvəl proqnozlaşdırdığı kimi, iyunun 13-ü səhər İranda silsilə partlayışlar baş verib.…

Daha çox

Azərbaycanda yay turizm mövsümünə start verilib

Azərbaycanda yay turizm mövsümünə start verilib. SİA xəbər verir ki, Dövlət Turizm Agentliyi və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə yay turizm mövsümünün açılışı münasibətilə media nümayəndələri üçün “Şahdağ”a mediatur təşkil edilib. Mediaturun məqsədi yay turizminin inkişafı və təbliğinə dəstək vermək, Dövlət Turizm Agentliyi tərəfindən bu istiqamətdə görülən işləri, ölkənin mövcud turizm destinasiyalarını və göstərilən xidmətləri ictimaiyyətə tanıtmaqdan ibarətdir. Tədbir çərçivəsində iştirakçılara “Şahdağ” Turizm Mərkəzində həyata keçirilən infrastruktur yenilikləri və ziyarətçilər üçün yaradılan yeni imkanlar barədə məlumat verilib.

Daha çox

Məhkəmədə sübutlar tədqiq olunub

Bakı Hərbi Məhkəməsində iyunun 13-də davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun “prezidenti” Arayik Harutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib. SİA xəbər verir ki, o, həmin vaxt heç bir vəzifə tutmadığını, təqaüddə olduğunu söyləyib. A.Harutyunyan ona iki dəfə – oktyabrın 14-də və noyabrın 3-də, yaxud 4-də (dəqiq günü xatırlamır – red.) ona müraciət edərək təhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli “hakimiyyət orqanları”na kömək etməyi və artilleriyanın vəziyyətini yoxlamağı istəyib. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla…

Daha çox