AMB “Bakı Fond Birjası”nı və onun vəzifəli şəxslərini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Fond Birjası” QSC-ni (BFB) və onun vəzifəli şəxslərini cərimələyib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun BFB-də apardığı hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsinə görə Birja İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarı ilə 6 000 manat , onun vəzifəli şəxsi isə 1 500 manat cərimələnib. Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədri İnzibati Xətalar Məcəlləsinin…

Daha çox

Hikmət Hacıyev Çexiya Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çexiyaya səfəri çərçivəsində bu ölkənin Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru Yaroslav Zajiçek (Jaroslav Zajíček) ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisinin həm də Çexiya xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşü olub.

Daha çox

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir”

“15 iyun 1993-cü il – Qurtuluş günü Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan və xalqımız tərəfindən heç zaman unudulmaz bir gündür”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Kimitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri xüsusilə vurğulayıb ki, bu gün ölkəmizin və xalqımızın müqəddəratının həll olunduğu və taleyimizin üzümüzə güldüyü bir gündür. “Azərbaycan parçalanmadan, vətəndaş müharibəsindən, qardaş qırğınından, torpaqlarımızı daha geniş həcmdə işğaldan, ölkəni xaosdan, özbaşınalıqdan qurtaran bu günün dəyərini xalqımız verir və Qurtuluş günümüzlə qürur duyuruq. Çünki həmin gün xalqın təkidi və tələbi ilə Ulu…

Daha çox

“Turizm həm də beynəlxalq əlaqələri gücləndirir”

“Dövlətlər turizm siyasətində iqtisadi artım, iş yerlərinin yaradılması, infrastrukturun inkişafı, mədəni irsin və ətraf mühitin qorunmasına və təşviqinə önəm verirlər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, turizm həm də beynəlxalq əlaqələri gücləndirir, yeni əməkdaşlıq sahələrini genişləndirməyə kömək edir: “Viza rejiminin ləğvi və ya sadələşdirilməsi isə səyahətləri, işgüzar əlaqələri asanlaşdırır, ölkələr arasında mədəni mübadiləni təşviq edir. Eyni zamanda qarşılıqlı potensial investorlar, biznes tərəfdaşları və tədqiqatçılar üçün yeni imkanlar açır. Təcrübə göstərir ki, səyahət edən şəxslər də bronlaşdırma müddətlərinin qısalmasına, məhdud planlaşdırma tələb edən istiqamətləri seçməyə üstünlük…

Daha çox

Valideynlər bu risklərin qarşısını almaqda necə rol oynaya bilərlər?

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır. Həmin maddədə eyni zamanda göstərilir ki, uşaqların zərərli informasiyadan qorunması “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadə deyib. O bildirib ki,“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli Qanunu 1 yanvar 2020-ci il…

Daha çox

“Bakı Metropoliteninin qiyməti əhalinin sosial imkanları nəzərə alınaraq formalaşdırılır”

“İctimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyətini daimi olaraq dotasiyalar hesabına davam etdirir. Başqa sözlə desək, metropoliten öz gəlirləri ilə tam maliyyələşməni təmin etmək imkanına malik deyil və fəaliyyətinin davamlılığı üçün dövlət dəstəyinə ehtiyac duyur. Bu, əsasən nəqliyyat xidmətlərinin tariflərinin aşağı səviyyədə saxlanılması ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib. Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, bir çox inkişaf etmiş ölkələrin böyük şəhərlərində metro sistemlərinin gediş haqları daha yüksəkdir: “Bu isə həmin sistemlərin maliyyə dayanıqlığını təmin etməyə və xidmət keyfiyyətini yüksəltməyə imkan yaradır.…

Daha çox

“Azərbaycan Ordusu bu gün peşəkar ordu modeli istiqamətində inkişaf edir”

“Ordunun, ümumilikdə isə Silahlı Qüvvələrin inkişaf səviyyəsi birbaşa olaraq ölkənin iqtisadi potensialı və maliyyə imkanlarından asılıdır. Azərbaycan dövləti bu gün inkişafda olan bir ölkə olaraq iqtisadi potensialını və maliyyə imkanlarını dinamik şəkildə artırmaqdadır. Bu şəraitdə, təbii olaraq, Azərbaycan Ordusunun inkişafı da dövlətin ümumi iqtisadi yüksəlişi ilə paralel şəkildə həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və nəzarəti altındadır: “Prezident, Ali Baş Komandan olaraq, Silahlı Qüvvələrin davamlı…

Daha çox

DSX Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. DSX-dən SİA-ya bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışının ölkəmizin taleyində oynadığı mühüm roldan danışıb, bu qayıdışın Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın təminatçısı olduğunu bildiriblər. Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğu vurğulanıb, Ulu Öndərin uzaqgörən siyasəti və milli maraqlara əsaslanan yanaşması nəticəsində Azərbaycanın vətəndaş…

Daha çox

“Çox yatmağın bir çox psixoloji səbəbləri var”

“Əvvəla onu qeyd edim ki, çox yatmağın bir çox psixoloji səbəbləri var. İlk səbəblərdən biri insanın xroniki yorğunluqdan əziyyət çəkməsidir. Xüsusilə bu hal yay aylarında başlayırsa, bu artıq yay depressiyasının ilkin əlamətləri ola bilər. İnsan sanki getdikcə tükənir, yorğunluq da dərinləşir və bu, psixoloji cəhətdən yüklənmənin bir növ baş qaldırması kimi ortaya çıxır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Aytən Ələkbərova sözlərinə belə davam edib: “Digər tərəfdən, D vitamini çatışmazlığı da bu halın yaranmasına səbəb ola bilər. Bəzən görürük ki, gecələr yatmayan, serotonin hormonunu düzgün şəkildə qəbul etməyən…

Daha çox