ADSEA müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “Asan xidmət”, “ASAN kommunal” mərkəzlərinə və “KOB evi”nə bu ilin 5 ayı ərzində daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb. SİA xəbər verir ki, ADSEA-dan bildirilib ki, statistikaya əsasən 14 xidmət istiqaməti üzrə 78 min 813 müraciət daxil olub. Bunlardan 75 min 615 müraciətə baxılıb və xidmət göstərilib. 3 min 198 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.

Daha çox

“15 İyun sadəcə bir tarix deyil, bir millətin qurtuluş günüdür”

Milli Qurtuluş Günü – 15 iyun, Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir. 1993-cü ildə ölkədə siyasi böhran və xaos yaşanarkən xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı. Onun rəhbərliyi ilə ölkədə sabitlik bərpa olundu, dövlətçilik əsasları möhkəmləndi, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Bu gün Azərbaycanın müstəqil və güclü dövlət kimi inkişafının təməlini qoyduğu üçün Milli Qurtuluş Günü böyük tarixi və siyasi əhəmiyyətə malikdir. SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib. Şəhər sakini, ehtiyatda olan polkovnik Telman Tağıyev: “15 iyunla bağlı çox gözləntilərimiz olmuşdu. Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycana…

Daha çox

“Ənənəvi yüksək dəyərlərin təbliği” layihəsi Bakı şəhərindən başladı

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi yüksək dəyərlərin təbliği” layihəsi çərçivəsində ilk tədbirini Bakı şəhərində təşkil edib. Səbail rayonunda yerləşən Məmməd Rahim adına 7 saylı orta məktəbdə keçirilən tədbirdə məktəbin müəllim və şagird heyəti iştirak edib. Tədbirdə HDİM-in sədri İlham Əliyev çıxış edərək layihə ilə bağlı ətraflı məlumat verib. O çıxışında ənənəvi yüksək dəyərlərin qorunmasnın vacibliyindən, dövlətimizin bu sahədə həyata keçirdiyi işlərdən və rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətindən danışıb. Natiq milli-mənəvi dəyərlərimizin qorunmasının qloballaşma dövründə…

Daha çox

6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə dair brifinq keçirilib

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə həsr olunmuş brifinq keçirilib. SİA xəbər verir ki, tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov və “Marsol Group”un təsisçisi Tural Mustafayev sərginin məqsədi, təqdim olunacaq yeniliklər barədə ətraflı məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar. Qeyd edilib ki, 18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək “Yerli şirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Məqsəd yerli şirkətlərin məhsul…

Daha çox

“Xalqımız xoşbəxtdir ki, Ümummilli Lider kimi dahi bir şəxsiyyəti oldu”

“Bir gündən sonra 15 iyun Milli Qurtuluş Gününü qeyd edəcəyik. Bu tarix xalqımızın və müstəqil dövlətimizin taleyinin böyük bəlalardan xilas olunduğu unudulmaz bir gündür. Xalqımız xoşbəxtdir ki, dövlətin çətin günündə müraciət edə bilən və inanaraq öz taleyini etibar edə bilən Ümummilli Lider Heydər Əliyev kimi dahi bir şəxsiyyəti oldu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, Heydər Əliyev kimi böyük Liderimiz olmasaydı ikinci dəfə müstəqilliyinə qovuşmuş dövlətimizi və xalqımızı nələr gözlədiyini təsəvvür etmək heç də çətin deyildi: “Çünki, bizim əkəriyyətimiz o təlatümlü günlərin, tarixin…

Daha çox

Məşhəd səması üzərində qırıcı təyyarələr havaya qaldırılıb

İran aviasiyasının qırıcı təyyarələri Məşhəd şəhəri üzərində havaya qaldırılıb. SİA xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb. “İran aviasiyasının qırıcı təyyarələri Məşhəd səmasında görünür. Hələ heç bir rəsmi mənbə təyyarələrin səmada görünməsinin dəqiq səbəbləri barədə məlumat verməyib”, – yerli informasiya agentlikləri bildirib.

Daha çox

“Bu status Şuşanın beynəlxalq turizm brendinə çevrilməsinə töhfə verəcək”

“Prezident cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanması və həyata keçirilməsi Nazirlər Kabinetinə tapşırılıb”. Bu sözləri SİA-ya açıqlmasında Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov deyib. Onun sözlərinə görə, bu qərar 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində İƏT-ə üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında qəbul olunmuş və xalqımızın mədəniyyət beşiyi olan Şuşanın beynəlxalq turizm arenalarında xüsusi yerə sahib olduğunu bir daha təsdiqləmişdir: “Şuşanın belə bir yüksək statusa layiq görülməsi təkcə tarixi-mədəni irsimizin…

Daha çox

“Şuşa Bəyannaməsi Türk Dünyasının inteqrasiyasında mühüm mərhələ sayılır”

“Azərbaycan və Türkiyə eyni dilə, eyni soykökə, eyni dinə, eyni tarixə və eyni mədəniyyətə malik iki qardaş, iki dost, iki müttəfiq dövlətlərdir. Azərbaycan-Türkiyə əlaqələri əsrlər boyu sınaqlardan keçərək bərkimiş və bü günki səviyyəsinə çatmış, bənzəri olmayan əlaqələrdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, Azərbaycan və Türkiyə arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə isə bu dost və qardaşlığın yeni tarixi mərhələyə qədəm qoyduğunu bütün dünyaya bildirən bir mesaj idi: “Heç şübhəsiz ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan…

Daha çox