Səbaildə Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir…

İyunun 13-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev iyunun 17-nin Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilməsinin tarixi köklərinə toxunub. O, həmçinin qeyd edib ki, bu gün səhiyyə sahəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir, səhiyyə infrastrukturunun yenilənməsi, tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Sədr, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın…

Daha çox

Merz İrana zərbələr barədə əvvəlcədən məlumatlandırılıb…

Almaniya kansleri Fridrix Merz İrana planlaşdırılan zərbələr barədə İsrail tərəfi tərəfindən əvvəlcədən məlumatlandırılıb. SİA xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb. Bundan əvvəl Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti İsrailin baş naziri Benyamin Netanyahuunun Mersi İrana endirilən zərbələr və onların məqsədi barədə məlumatlandırdığını bildirmişdi. …Federal kansler Fridrix Merz İrana qarşı gözlənilən hücumla bağlı qısa xəbərdarlıq intervalı ilə məlumatlandırılıb, – nəşr yazır. Bildirilir ki, Merz İran ərazisinə qarşıdan gələn zərbə ilə bağlı xəbəri yerli vaxtla saat 2:30-da öyrənib. İyunun 13-nə keçən gecə İsrail məqsədi İranın nüvə və raket proqramlarına zərər…

Daha çox

“Qurtuluşdan başlayan mərhələ hələ də davam edir”

“Qurtuluşdan başlayan mərhələ hələ də davam edir. 1993-cü ilin 15 iyun tarixindən etibarən Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı. Bu gün ölkəmizdə dərin hörmət və minnətdarlıqla xatırlanan həmin tarix, yalnız siyasi yox, həm də ictimai, iqtisadi və hərbi baxımdan müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasına yol açdı. Bu dövr əvvəlki mərhələdən həm kəmiyyət, həm də keyfiyyət baxımından prinsipial şəkildə fərqlənir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, əgər 1993-cü ilə qədər olan dövrü mərkəzləşmiş dövlətsizliyin, sistemsizlik və modelsizliyin, hərbi struktursuzluğun, xaosun və siyasi qeyri-sabitliyin hökm…

Daha çox

Callas İran və İsrailə müraciət edir…

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas İsrail ordusunun İslam Respublikasındakı hədəflərə zərbələr endirməsi fonunda İran və İsraili diplomatiyaya çağırıb. SİA-nın məlumatına görə, bu barədə “Abzats” Telegram kanalı yazır. Cümə günü, iyunun 13-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri dəqiq kəşfiyyat təlimatları əsasında hərəkət edərək, nüvə obyektləri və İranın yüksək rütbəli hərbi rəhbərlərinin sığınacaqları da daxil olmaqla, İran boyu 100-dən çox hədəfə hücum edib. …Yaxın Şərqdə vəziyyət təhlükəlidir. Mən bütün tərəfləri təmkinli olmağa və daha da gərginliyin qarşısını almağa çağırıram. Diplomatiya irəliyə doğru ən yaxşı yol olaraq qalır və gərginliyin…

Daha çox

“Praktiki nəticələr hələ də qənaətbəxş deyil”

“Təəssüf ki, Azərbaycanda şəhərsalma sahəsində sistemli və ardıcıl yanaşmanın tətbiqi hələ də kifayət qədər təmin olunmamışdır. Şəhərsalma prinsiplərinə və normativ hüquqi bazaya uyğun inkişafın olmaması bir sıra institusional və idarəetmə problemləri ilə müşayiət olunur. Məsələn, yalnız 2023-cü ilin sonlarında Bakı şəhərinin baş planı təsdiq olunmuşdur, digər şəhər və rayonların baş planlarının isə əksəriyyəti son 5-6 il ərzində təsdiq olunmağa başlanmışdır. Bu da göstərir ki, ölkə üzrə ərazi planlaşdırılmasında gecikmələr və koordinasiyasızlıq mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Azadov deyib. Onun sözlərinə görə, “Şəhərsalma və Tikinti Məcəlləsi”nə əsasən,…

Daha çox

“Dövlətin diqqəti və dəstəyi – xalq üçün əminlik, sabaha olan inam deməkdir”

Azərbaycan Prezidentinin imzaladığı yeni fərmanla sosial müavinətlər, təqaüdlər və fəxri adlara görə verilən aylıq ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Bu addım ölkədə sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının rifahını yaxşılaşdırmaq və onların həyat keyfiyyətini artırmaq məqsədi daşıyır. Söhbət əlilliyi olan şəxslərdən, şəhid ailələrindən, çoxuşaqlı analardan, aztəminatlı ailələrdən, tələbələrdən və müxtəlif kateqoriyalı təqaüdçülərdən gedir. Fərmanda diqqət çəkən məqamlardan biri də fəxri adlara görə ödənilən məbləğlərin artırılmasıdır. Bu, həm sosial yönümlü siyasətin davamı, həm də mədəniyyət, incəsənət, elm və səhiyyə sahələrində çalışan şəxslərin əməyinə verilən dəyərin göstəricisidir. Bütün bu dəyişikliklər 2025-ci il iyulun…

Daha çox

İsrail III Dünya Müharibəsini İrana zərbələr endirməklə başladı

…İsrailin İran ərazisinə hava hücumları faktiki olaraq III Dünya Müharibəsinin başlanğıcını qeyd edir və təkcə ölkəyə deyil, bütün regiona hücumu təmsil edir. SİA-nın məlumatına görə, bu fikirləri X sosial şəbəkəsində türkiyəli hüquqşünas və politoloq Serdar Tokdemir bildirib. Onun sözlərinə görə, müharibə kortəbii şəkildə deyil, mütəşəkkil şəkildə və bir çox cəbhələrdə cərəyan edir. O hesab edir ki, indiki dövr sərhədlərin yox olması, proxy müharibələrdən birbaşa silahlı münaqişələrə keçid, lokal böhranların qlobal təhlükələrə çevrilməsi ilə xarakterizə olunur. …İrana hücum bunun ən bariz əlamətidir. Bu, bir ölkəyə deyil, bir bölgəyə, sivilizasiyaya, gələcəyə baxışdır.…

Daha çox

“Ad uşağa verilən ilk hədiyyədir”

“Ad uşağa verilən ilk hədiyyədir. Bu, təsadüfi bir seçim deyil, uşağa verilən ilk və bəlkə də ən mühüm sosial nəsnədir. Ad yalnız bir identifikasiya vasitəsi deyil, həm də uşağın şəxsiyyətinin formalaşmasında psixoloji və sosial rol oynayan dərin mənalı bir simvoldur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib. O bildirib ki, uşaq adı ilə sosiallaşır: “O, adı vasitəsilə çağırılır, tanınır, kimliyini anlayır və başqaları ilə münasibətlər qurur. Ad uşağın filogenetik inkişafına, yəni onun insanlıq tarixindəki yerinə və mədəni kontekstdəki kimliyinə təsir edir. Beləcə, ad həm fərdi, həm də kollektiv şüurun…

Daha çox

“Sərnişindaşıma sahəsində ciddi dəyişikliklər müşahidə olunmaqdadır”

“Son illər ərzində Azərbaycanda sərnişin daşıma sahəsində ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Xüsusilə Uber, Bolt, Yandex kimi beynəlxalq onlayn taksi platformalarının ölkə bazarına daxil olması taksi xidmətlərində əhəmiyyətli dərəcədə ucuzlaşma və əlçatanlığın artması ilə nəticələnmişdir. Bu platformalar vasitəsilə göstərilən xidmətlər sürət, rahatlıq və əlverişli qiymətlərlə seçildiyi üçün qısa müddət ərzində geniş istifadəçi auditoriyasına sahib olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib. Onun sözlərinə görə, əvvəllər, bazarda “*777”, “*1111” kimi bir sıra yerli taksi şirkətləri kifayət qədər aktiv fəaliyyət göstərirdi: “Onlar əsasən fərdi şəxslərin avtomobillərini xidmətə cəlb…

Daha çox

Qaçqınkom sədri BMT ilə işləyən jurnalistlərlə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT Baş Qərargahında akkreditə olunmuş və BMT Müxbirlər Assosiasiyasına üzv jurnalistlər– Vüsalə Abbasova, Stefano Vakkara, Cordan Dakamseh ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Komitədən məlumat verilib. Qeyd edilib ki, jurnalistlərə Azərbaycand qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Ermənistanın deportasiya və işğal siyasətinin tarixi kökləri, bu siyasətin nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi və soydaşlarımızın vaxtilə üzləşdikləri məhrumiyyətlər geniş şəkildə izah olunub. Bildirilib ki, münaqişənin ilk illərində…

Daha çox