Paytaxt meriyasının layihəsinə Xəzər rayonu da qoşuldu

Azərbaycan Prezidenti cənab İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq artıq 6 ildir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla həyata keçirilir. SİA xəbər verir ki, ilk vaxtda Nərimanov rayonunda icrasına başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verdi ki, mərhələli şəkildə paytaxtın daha 8 rayonu – Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu işlərə qoşulub. İyunun 13-dən etibarən Bakının Xəzər rayonunda da layihənin icrasına başlanılıb. Layihəyə yeni qoşulan Xəzər…

Daha çox

Azərbaycanda torpaq üzərində hüquqların qeydiyyatından imtina üçün hüquqi əsaslar müəyyənləşdirilir

Azərbaycanda torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsi üçün hüquqi əsaslar təsbit edilir. SİA xəbər verir ki, bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb. İclasda qeyd olunub ki, qanun layihəsi Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsinin şərh edilməsinə dair” 28 mart 2017-ci il tarixli qərarından, eyniadlı 10 dekabr 2024-cü il tarixli qərardadından irəli gələrək hazırlanlb. Bu sənədlərdə göstərilir ki, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına…

Daha çox

“İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə”

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi icrasına başladığı “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib. SİA xəbər verir ki, 2025-ci il 19 may – 13 iyun tarixlərində layihə çərçivəsində Bakı şəhəri, Nizami rayonunun gəncləri üçün informasiya təhlükəsizliyi, sosial media, hibrid müharibələr, ideoloji savaşlar və SMM bacarıqları, eləcə də sosial şəbəkələrin Facebook, İnstagram, Teleqram, X, Tiktok, Youtube kimi seqmentlərinin, bloggerliyin əsasları, fəaliyyət prinsipləri, UX – user experience və Uİ – dizayn konsepsiyasının, saytlardan istifadənin, admin panelin idarə olunmasının, məlumatların yerləşdirilməsinin, fotoşop və ona bağlı olan digər…

Daha çox

Azərbaycanda gömrük borcunun ödənilməsi üzrə məsul subyektlər dəqiqləşdirilir

Azərbaycanda gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilməsi təklif olunur. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilmiş iclasında müzakirəyə çıxarılıb. İclasda qeyd olunub ki, Gömrük Məcəlləsinin 148.3.4-cü maddəsinə görə, gömrük ödənişlərini etmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Məcəllənin 245.1-ci maddəsinə əsasən isə bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir. Belə olduğu halda Məcəllənin “gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər” müddəasının dəqiqləşdirilməsinə ehtiyac duyulur. Normaların qarşılıqlı…

Daha çox

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 15 və 26 iyun qeyri-iş günü olacaq

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 15 və 26 iyun tarixlərində qeyri-iş günü olacaq. SİA xəbər verir ki, bu barədə xidmət məlumat yayıb. “Milli Qurtuluş Günü ilə əlaqədar 15 iyun tarixində, Silahlı Qüvvələri Günü ilə əlaqədar isə 26 iyun tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq”, – məlumatda bildirilir.

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

İyunun 12-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.24%- 42,967.62 bəndədək, S&P 500 indeksi 0.38% – 6,045.26 bəndədək, Nasdaq indeksi isə 0.24% – 19,662.48 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyunun 12-də FTSE 100 indeksi 0.23% – 8,884.92 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.14% – 7,765.11 bəndədək, Almaniyanın DAX indeksi isə 0.74% – 23,771.45 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.47% azalaraq 1.1530 dollar təşkil edib.

Daha çox

Şuşa Bəyannaməsi: sarsılmaz qardaşlıq nümunəsi

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə nəticəsində, otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edilmiş, ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bu misilsiz zəfər, xalqımızın qəhrəmanlıq salnaməsində silinməz izlər buraxaraq, milli tariximizə qızıl hərflərlə yazılmışdır. Eyni zamanda, bu qələbə, Azərbaycanla qardaş Türkiyə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olmuşdur. SİA xəbər verir ki, Vətən müharibəsindəki uğurumuzun arxasında duran əsas dayaqlardan biri də Türkiyə Respublikasının verdiyi prinsipial və sarsılmaz dəstəkdir. Müharibənin ilk…

Daha çox

İranın üç əsas general və aparıcı nüvə fizikləri məhv edilib..?

SİA-nın məlumatına görə, kanal 9 xəbər verir ki, İrandan gələn son xəbərlərə görə, yüksək rütbəli hərbçilər və aparıcı nüvə fizikləri İsrailin hava hücumları nəticəsində həlak olublar. Media aydınlaşdırıb ki, söhbət generallar Hüseyn Səlami, Məhəmməd Baqiri və Qulaməli Rəşid, həmçinin alimlər Fereydun Abbasi-Dəvani və Məhəmməd Mehdi Tehrançidən gedir. İranın dövlət televiziyası iki nüvə alimi, həmçinin generallar Səlami və Rəşidin ölümünü təsdiqləyib. General Hossein Salami 2019-cu ildən SEPAH-ın baş komandanıdır. O, Qərbi tənqid edirdi və hərbi əməliyyatların planlaşdırılmasında fəal iştirak edirdi. General Qulaməli Rəşid Xatam əl-Ənbiya Strateji Komandanlığının rəhbəridir. Müdafiə əməliyyatlarına və…

Daha çox

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,28 ABŞ dolları, yaxud 1,77 % artaraq 73,45 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 70,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,25 ABŞ dolları və ya 1,76 % artaraq 72,20 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox