DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirilib

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2024-2025-ci tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib. Bu barədə SİA-ya DSX-dan məlumat verilib. Bildirilib ki, tədbirdə Xüsusi Məktəbin pedaqoji heyəti, kursantlar və valideynlər iştirak etmişlər. Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan, yüksək bilik və peşəkarlığa malik, vətənə, xalqa və Müzəffər Ali Baş Komandana sadiq sərhədçi kadrların yetişdirilməsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, burada təhsil alan kursantlar təkcə nəzəri biliklərlə deyil, həm də müasir texnologiyalara əsaslanan təlimlərlə silahlanaraq gələcəyin sərhədçi zabitləri…

Daha çox

Azərbaycan və Almaniya KOB idarəetməsində süni intellektin tətbiqi platformasını işə salacaq

Almaniya-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azerbaijan”) və Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kiçik və orta biznesin (KOB) idarə edilməsində süni intellektin tətbiqinin genişləndirilməsinə istiqamətlənən birgə platformanın işə salınmasını planlaşdırır. Bu barədə SİA-ya “AHK Azerbaijan”dan məlumat verilib. Qurumdan bildirilib ki, tərəflər həmçinin KOB-ların inkişafına və ikitərəfli tərəfdaşlığın gücləndirilməsinə dəstək, Azərbaycanda sahibkarlıq ekosisteminin dəstəklənməsi üçün qabaqcıl təcrübələrin mübadiləsi, biznes proseslərinin “yaşıl transformasiya”sı və rəqəmsallaşdırılmasının təşviqi, dialoq və qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün AHK üzvlərinin KOBİA nümayəndələri ilə müntəzəm görüşlərinin təşkili daxil olmaqla əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.…

Daha çox

XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb. SİA xəbər verir ki, qurumun bəyanatında bildirilib. Qeyd olunub ki, İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Hazırda İranda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş…

Daha çox

Paytaxtda əhali artımı 30%-i keçdi

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsi və Bakı Şəhər Statistika İdarəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə əsasən, son 25 ildə paytaxt sakinlərinin sayı 30,5% və ya 549,8 min nəfər artaraq 2 351 300 nəfərə (01.01.2025) çatıb. SİA xəbər verir ki, 2000-ci ildə paytaxt sakinlərinin sayı 1 801 500 nəfər olub. Həmin il Bakı şəhəri 11 rayondan ibarət idi və əhalisinin sayına görə Xətai rayonu 217 min nəfər ilə paytaxtın ən çox əhalisi olan rayonu statusunu daşıyırdı. İkinci sırada 216,8 min sakin ilə Yasamal rayonu yer alırdı. 211,4 min…

Daha çox

KOBİA-nın təşkilatçılığı ilə mətbuat konfransı keçirilib

Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov və “Marsol Group”un təsisçisi Tural Mustafayev iştirak edib. Onlar 18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi ilə bağlı media nümayəndələrinin suallarını cavablandırıblar. Qeyd edək ki, sərgi yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması, biznes əlaqələrinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması məqsədi daşıyır.

Daha çox

Bu gün Milli Məclisin plenar iclası keçirilir

Bu gün Milli Məclisin plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1. “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”,…

Daha çox

“Gənclik insan həyatının ən çılğın və temperamentli dövrüdür”

“Gənclik insan həyatının ən çılğın və temperamentli dövrüdür”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, bu yaş mərhələsi həm bioloji, həm də psixoloji baxımdan insanın ən enerjili və dinamik dönəmidir. Gənclər müstəqil həyata qədəm qoyduqdan sonra tez-tez özlərini böyüklərdən və valideynlərindən daha ağıllı hesab edirlər. Onlar düşünürlər ki, qarşılaşdıqları bütün məsələlərdə ən doğru qərarı yalnız özləri verə bilərlər. Bu səbəbdən bir çox hallarda tələsik və düşünülməmiş qərarlar qəbul edirlər ki, nəticədə bu qərarlar onların əleyhinə işləyir. Lakin zamanla həyatın acı-şirin tərəflərini…

Daha çox

Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC tələbatı ödəmək təmin etmək məqsədilə iyunun 16-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edib. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. “Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqindən bilet əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

Daha çox

Dövlətçilik ənənələrinin bərpası və siyasi transformasiya mərhələsi

Azərbaycan Respublikasının müstəqillik tarixində bir çox dönüş nöqtələri mövcuddur ki, onların sırasında 15 İyun 1993-cü il xüsusi önəm daşıyır. Bu tarix yalnız bir siyasi liderin hakimiyyətə qayıdışı ilə deyil, bütövlükdə dövlətin siyasi dağılmadan, vətəndaş qarşıdurmasından və institusional böhrandan xilas olması ilə assosiasiya olunur. 15 İyun – Milli Qurtuluş Günü həm də Azərbaycan xalqının öz dövlətçiliyinə sahib çıxmasının, milli iradənin formalaşmasının və dövlət institutlarının bərpasının simvolu kimi qəbul edilir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan Respublikası formal olaraq müstəqilliyini bərpa etsə də, ölkə keçid dövrünün klassik təzahürlərini yaşamağa başladı. Bu…

Daha çox

Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Milli Məclis 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 13-də keçirilən iclasında çıxış edib. Deputatlar təklifi alqışlarla dəstəkləyib.

Daha çox