“İnkişaf perspektivləri ilə bağlı gözləntilər əsasən müsbətdir”

“Azərbaycan turizmi ilə bağlı Dövlət Turizm Agentliyinin 2023–2026-cı illər üzrə turizm strategiyası mövcuddur. Bu strategiyada sənayenin inkişafı, gəlmə turizmi və həmçinin daxili turizmlə bağlı əsas istiqamətlər qeyd olunub. Dövlət tərəfindən istənilən sahə üçün ilk növbədə sənayenin qurulması və dayanıqlı olması prioritet hesab olunur. Daha sonra isə bu sənayedə fəaliyyət göstərən şirkətlər, qurumlar və müəssisələr sosial və iqtisadi baxımdan öz fəaliyyətlərini həyata keçirərək sahəyə dəstək göstərir və xidmət təklif edirlər”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib. Kənan Hənifəyev sözlərinə belə davam edib: “Sənayenin beş il ərzində inkişaf perspektivləri…

Daha çox

DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib

Daxili İşlər Nazirliyi “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, iyunun 14-də ümumtəhsil müəssisələrində “Son Zəng” tədbirlərinin təhlükəsiz şəraitdə təşkili və keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görüləcək. Tədbirlərin keçiriləcəyi məktəblərin ətrafında polis naryad qruplarının sayı artırılacaq, ictimai asayişin qorunması və məzunların avtomobillərlə hərəkəti zamanı qayda pozuntularının qarşısının alınması məqsədilə nəzarət gücləndiriləcək. Yollarda süni tıxacların yaranmaması, dayanma-durma və parklanma qaydalarına əməl olunması üçün DYP əməkdaşları gücləndirilmiş rejimdə çalışacaq: “Bütün məzunları bu əlamətdar gün münasibətilə təbrik edirik. Valideynlərə çağırış…

Daha çox

MM bank kartlarının talanmasına görə şikayətlərə 24 saat ərzində baxılmasını qəbul edib

Milli Məclis istintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə səlahiyyətlər verilməsini son oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib. Sənədə əsasən, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxarkən Cinayət-Prosessual Məcəlləsinin 207.1.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama…

Daha çox

Milli Məclis sazişi ratifikasiya edib

Milli Məclis “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”i təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq, bir oxunuşda qəbul edilib.

Daha çox

“Sosial media bir vasitədir – məqsəd deyil”

“Müasir dövrün ayrılmaz parçasına çevrilmiş sosial media platformaları artıq insanların təkcə ünsiyyət vasitəsi deyil, həm də özlərini ifadə etmə, tanıtdırma və cəmiyyətlə münasibət qurma vasitəsinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib. Psixoloq bildirib ki, bəzən insanlar gündəlik həyatlarında baş verən ən xırda hadisəni belə paylaşmaq ehtiyacı hiss edirlər. Onların bu davranışlarının arxasında müxtəlif səbəblər durur. Ən çox rast gəlinən səbəblərdən biri təqdir olunmaq, bəyənilmək, yəni “layk” toplamaq istəyi ilə bağlıdır. Bu sosial təsdiqə ehtiyac bəzi hallarda o qədər güclü olur ki, insanlar hər addımlarını paylaşaraq, virtual aləmdə…

Daha çox

“Sərgidə 30 mindən çox ziyarətçi gözləyirik”

“Sərgidə 30 mindən çox ziyarətçi gözləyirik”. SİA xəbər verir ki, bu sözləri “Marsol Group”un təsisçisi Tural Mustafayev 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, 18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə 252-dən çox yerli şirkət iştirak edəcək: “Bu, beynəlxalq şirkətlərlə birlikdə təşkil etdiyimiz 7-ci, yerli şirkətlərlə isə 6-cı sərgidir. Bu ilki sərginin fərqləndirici cəhətlərindən biri də ziyarətçi sayının çoxluğudur. Təkcə ötən ilin iyul ayında Bakı Ekspo Mərkəzində keçirilən sərgidə 21 600 nəfər iştirak etmişdi. Bu il isə 30 mindən çox ziyarətçi…

Daha çox

Diplomatik pasport əldə edəcək subyektlərin dairəsinin genişləndirilməsi qəbul edilib

Milli Məclis diplomatik pasport əldə edə biləcək subyektlərin dairəsinin genişləndirilməsini son oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub. Layihəyə əsasən, 2024-cü il mayın 31-də “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib və Azərbaycan Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifələri inzibati vəzifələrin birinci təsnifatına aid edilib. Bununla da, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə “Pasportlar haqqında” təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və…

Daha çox

Ənənəvi dəyərlər dəyişməlidir, yoxsa qorunmalıdır?

“Azərbaycan xalqının özünəməxsus adət-ənənələri var və bu da bizim milli-mənəvi dəyərlərimizə əsaslanır”. Bu sözləri SİA-ya açıqlamasında “YENİ HƏYAT” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib. Onun sözlərinə görə, hər bir xalqın özünəxas xüsusiyyətləri olduğu kimi, bizim də xüsusi mental dəyərlərimiz var: “Təbii ki, bəzi adət-ənənələr zamanla cəmiyyətin inkişafına mane ola bilər. Amma bu, o demək deyil ki, həmin ənənələri tamamilə dəyişməli və ya sıradan çıxarmalıyıq. Əksinə, bəzi adət-ənənələri müasir dövrümüzə uyğunlaşdıraraq, daha yeni və qəbulolunan formada cəmiyyətə təqdim edə bilərik. Onların qorunub saxlanılması, eyni zamanda inkişaf etdirilməsi…

Daha çox

ADSEA-nın xidmət istiqamətləri üzrə daxil olan müraciətlərin sayı

Bu ilin yanvar-may aylarında “Asan xidmət”, “ASAN kommunal” mərkəzlərinə və “KOB evi”nə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyət istiqamətləri üzrə 14 xidmət istiqaməti üzrə 78 813 müraciət daxil olub. Bu barədə SİA-ya ADSEA-dan məlumat verilib. Bildirilib ki, statistikaya əsasən, bunlardan 75 615 müraciətə baxılıb və xidmət göstərilib. 3198 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.

Daha çox

“15 İyun 1993 – Qurtuluş tariximizin imzası” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş “15 İyun 1993 – Qurtuluş tariximizin imzası” adlı tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil…

Daha çox