Ukrayna vətəndaşlarının 52 faizi döyüşləri davam etdirməyə hazırdır…


…Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğu nəticəsində məlum olub ki, sülhə nail olmaq üçün ərazilərinin bir hissəsindən imtina etməyə hazır olan ukraynalıların sayı 6 ayda 39 faizə çatıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, 2022-ci ilin fevralından bu cür güzəştlərin əleyhdarlarının sayı getdikcə azalır.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun məlumatına görə, üç il əvvəl ukraynalıların 87 faizi münaqişənin belə nəticəsinin əleyhinə idisə, 2025-ci ildə bu rəqəm 52 faizə düşüb.

Bunu “Strana.ua” nəşrinin Teleqram kanalı xəbər verir.

Mayın 15-də prezident Vladimir Zelenski bildirib ki, Ukrayna 2014 və 2022-ci illərdə referendumda itirilən rayonları Rusiyanın tərkibində hüquqi olaraq tanımır. Bu, Ukrayna konstitusiyasına ziddir.

Xatırladaq ki, Zelenski Rusiyaya qarşı hazırkı təzyiq səviyyəsinin yetərli olmadığını bəyan etmişdi. Orban Zelenskiyə Macarıstanı hədələməməyi, əksinə təşəkkür etməyi tövsiyə edib.

Əli Babayev

Əlaqəli Xəbərlər