Ukrayna İRİS-T-nin tədarükünə görə Almaniyaya minnətdardır…



Təchizat planı üç il üçün hesablanır…



Ukrayna Almaniyadan yeni IRIS-T hava hücumundan müdafiə sistemləri alacaq.

Təchizat planı 3 il üçün hesablanır.

SİA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın müdafiə naziri Boris Pistoriusla keçirdiyi brifinqdə deyib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna İRİS-T-nin tədarükünə görə Almaniyaya minnətdardır.

…Biz tədarük planını indi başa düşürük. Bütün təfərrüatlara varmayacağam, lakin plan növbəti üç il üçün nəzərdə tutulub. Və bu, istənilən halda bizim üçün çox vacib köməkdir.

Bunu Zelenski bildirib.

O vurğulayıb ki, bu, müharibənin daha üç il davam edəcəyi anlamına gəlmir. Ukrayna müharibənin bitməsini istəyir. Ancaq eyni zamanda insanların rahatlığı yüksək keyfiyyətli hava hücumundan müdafiə sistemləri ilə qorunmalıdır. Mən minnətdaram ki, biz bu layihənin növbəti üç il ərzində həyata keçirilməsini başa düşürük, – deyə Ukrayna prezidenti əlavə edib.

Əli Babayev

Əlaqəli Xəbərlər