Çexiyada kriptovalyuta qalmaqalı ilə bağlı araşdırma aparılır


Çexiyanın hakim koalisiyası “Birlikdə” alyansının əsas gücü olan Demokratik Vətəndaş Partiyası və tərəfdaş “Rəhbərlər və Müstəqillər” hərəkatı (STAN) hökumət çərçivəsində əməkdaşlığı payızda keçiriləcək parlament seçkilərinədək davam etdirmək niyyətində olduqlarını bildirib. SİA xəbər verir ki, bu bəyanat hər iki parlament subyektlərinin partiya nümayəndələri tərəfindən ədliyyə nazirinin dəyişdirilməsi ilə nəticələnən “kriptovalyuta qalmaqalı” müzakirə olunduqdan sonra səsləndirilib.

Demokratik Vətəndaş Partiyasının sədri və Baş nazir Petr Fialanın sözlərinə görə, Nazirlər Kabinetində struktur dəyişiklikləri nəzərdə tutulmur. Eyni zamanda, hər iki partiya Çexiyanın ədliyyə naziri tərəfindən bitkoin şəklində bir milyard kron məbləğində vəsaitin alınması ilə bağlı bütün faktları ətraflı şəkildə araşdıracaq.

STAN hərəkatının rəhbəri Vit Rakuşan bildirib ki, onun partiyası hökumətin istefasına nail olmaq niyyətində olmayıb. “Biz vəziyyətin nizamlanmasına yönəlmiş rasional təklif irəli sürdük. Ötən il ötən il Pirat Partiyası ilə bağlı hadisədəki kimi qapını çırparaq hökuməti tərk etməyi düşünmürük”, – deyə o, qeyd edib.

Baş nazir Fiala bildirib ki, Ədliyyə Nazirliyinin qanunsuz silah saxlanması, oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə məhkum olunmuş biznesmen Tomaş İrjikovskidən bitkoin şəklində vəsait qəbul etməsi ilə bağlı bütün şərait ətraflı araşdırılacaq. Hakimiyyətin iki ən güclü partiyası məsələnin şəffaf şəkildə araşdırılmasında və Ədliyyə Nazirliyinə etimadın bərpa olunmasında maraqlıdır.

Əlaqəli Xəbərlər