Vergi ödəyicilərinin sayı 4 %-dən çox artıb


Bu il iyunun 1-nə Azərbaycanda 1 625 480 vergi ödəyicisi olub. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 4,4 % çoxdur.

Vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 3,9 %, şirkətlərin sayı isə 7,7 % artıb.

Mayın sonuna ölkədə 196 485 kommersiya qurumu olub. Bu isə 1 il əvvələ nisbətən 8,3 % çoxdur.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyəti (SC), 1,1 %-i kooperativ və s. formalarda olub.

Təkcə bu ilin yanvar-may aylarında 6 236 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,1 %-i yerli investisiyalı, 10,9 %-i xarici investisiyalıdır.

Kommersiya qurumlarının 85,7 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 96,8 % təşkil edib.

Əlaqəli Xəbərlər