Türk dövlətlərində ailə dəyərlərinin qorunması üçün birgə fəaliyyəti vacib hesab edirik


Dünyada baş verən neqativ hadisələrin ailələr üçün yaratdığı çətinliklər diqqətə çatdırılıb. SİA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin II iclası çərçivəsində keçirilən “Güclü ailələr, güclü toplumlar:TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər” adlı tədbirdə danışıb.

Onun sözlərinə görə, ailə dəyərlərinin qorunması sadəcə, mədəni məsələ deyil:

” Azərbaycan olaraq bu reallıqları ciddi qəbul edirik. Dövlət Komitəsi olaraq ölkədə bu sahə üzrə imkanlarımızı səfərbər edərək genişəhatəli işə cəlb olunmuşuq”.

O, əlaqədar qurumların da bu işə cəlb olunduğunu vurğulayıb.

“TDT çərçivəsində ailə dəyərlərinin qorunması üçün ortaq fəaliyyətləri, həmçinin gənc ailələr, valideynlər üçün maarifləndirici birgə layihələrin icrasını vacib hesab edirik. Bu sahədə vəziyyətin nədən ibarət olduğunu bilmək və çıxış yolu tapmaq üçün ciddi bir data bazasına ehtiyac var”, – komitə sədri əlavə edib.

Əlaqəli Xəbərlər