“Toplumsal məsələlərimizin müxtəlif sahələrində müdafiəedici yanaşmalar ortaya qoymaqdayıq”


“Türkiyə olaraq, toplumsal məsələlərimizin müxtəlif sahələrində müdafiəedici və davamlı yanaşmalar ortaya qoymaqdayıq”. SİA xəbər verir ki, bu sözləri Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Manihur Özdemir Göktaş “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ailə və cəmiyyətin əsas sütunlarını möhkəmləndirməyə yönəlmiş sosial siyasət yanaşmalarını inkişaf etdiririk: “Bu çərçivədə, akkreditə olunmuş ailə məsləhət xidməti modellərindən tutmuş, gənclərə yönəlik evlilik və konfliktlərin qarşısının alınmasına dair maarifləndirmə proqramlarına, işləyən fərdlərin ailə həyatını dəstəkləyən təşəbbüslərdən tutmuş milli dəyərlərə əsaslanan qayğı və dəstək modellərinə qədər geniş spektrli sosial siyasətləri həyata keçiririk. Bütün bu tədbirlər, ailə institutunun gücləndirilməsi və cəmiyyətin davamlı inkişafının təmin olunmasına yönəlib. Bu çərçivədə, cəmiyyətin bütün təbəqələrini əhatə edən genişmiqyaslı və strateji bir vizyon ortaya qoyulmuşdur. İl ərzində davamlı şəkildə həyata keçirilən fəaliyyətlərlə, bir tərəfdən ailə institutunun qarşılaşdığı çağdaş problemlərin üzərinə gedilir, digər tərəfdən isə davamlı və sağlam ailə strukturlarının gücləndirilməsi hədəflənir.

Ailələri dəstəkləmək məqsədilə özəl sektor və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində ailə rifahını artırmağa yönəlik müxtəlif sahələrdə güzəştlər təqdim olunur. Məsələn, xüsusilə hava nəqliyyatı daxil olmaqla ailəvi səyahətlərdə “ailə dostu” kampaniyalar təşviq edilir və bu sahədə əlverişli imkanlar yaradılır.

Gənclərin ailə qurmasına dəstək vermək məqsədilə də müxtəlif proqramlar icra olunur. Bu çərçivədə, 81 vilayətdə həyata keçirilən tədbirlərlə, gənclərə yönəlik ailə qurmağa təşviqedici fəaliyyətlər həyata keçirilir və evlənmək istəyən şəxslərə maliyyə və sosial baxımdan dəstək verilir” – deyə xanım nazir əlavə edib.

Əlaqəli Xəbərlər