Şimali İrlandiyada iğtişaşlar


Şimali İrlandiyanın Ballimena şəhərində baş verən iğtişaşlar zamanı azı 15 polis əməkdaşı xəsarət alıb. SİA xəbər verir ki, polisə qarşı müxtəlif partlayıcı və küt alətlərlə hücumlar edilib, iki xidməti avtomobilə ziyan dəyib. Şimali İrlandiya Polis Xidməti (PSNI) bildirib ki, zorakılıq hadisələri şəhərdə cinsi təcavüzə məruz qaldığı iddia edilən qızın ailəsinə dəstək məqsədilə keçirilən dinc etiraz aksiyasından sonra baş verib. Polis əməkdaşları hadisə yerində kütləni müşahidə və təhlükəsizliyi təmin etmək məqsədilə iştirak edirdilər. Lakin bir qrup maskalı şəxs dinc aksiya iştirakçılarından ayrılaraq barrikadalar qurub, müxtəlif əşyaları silah kimi toplayaraq polisə və mülki obyektlərə hücum edib. Hazırda hadisə ilə bağlı bir nəfər saxlanılıb. Hadisə nəticəsində bir sıra binalara ziyan dəyib. PSNI-nin baş komissarı ictimaiyyəti sakitliyə və məsuliyyətli davranışa çağırıb.

Əlaqəli Xəbərlər