“Toplumsal məsələlərimizin müxtəlif sahələrində müdafiəedici yanaşmalar ortaya qoymaqdayıq”

“Türkiyə olaraq, toplumsal məsələlərimizin müxtəlif sahələrində müdafiəedici və davamlı yanaşmalar ortaya qoymaqdayıq”. SİA xəbər verir ki, bu sözləri Türkiyənin Ailə və Sosial Xidmətlər Naziri Manihur Özdemir Göktaş “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ailə və cəmiyyətin əsas sütunlarını möhkəmləndirməyə yönəlmiş sosial siyasət yanaşmalarını inkişaf etdiririk: “Bu çərçivədə, akkreditə olunmuş ailə məsləhət xidməti modellərindən tutmuş, gənclərə yönəlik evlilik və konfliktlərin qarşısının alınmasına dair maarifləndirmə proqramlarına, işləyən fərdlərin ailə həyatını dəstəkləyən təşəbbüslərdən tutmuş milli dəyərlərə əsaslanan qayğı və dəstək modellərinə qədər…

Daha çox

Türk dövlətlərində ailə dəyərlərinin qorunması üçün birgə fəaliyyəti vacib hesab edirik

Dünyada baş verən neqativ hadisələrin ailələr üçün yaratdığı çətinliklər diqqətə çatdırılıb. SİA xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin II iclası çərçivəsində keçirilən “Güclü ailələr, güclü toplumlar:TDT ölkələrində ailəni dəstəkləkləyici siyasətlər” adlı tədbirdə danışıb. Onun sözlərinə görə, ailə dəyərlərinin qorunması sadəcə, mədəni məsələ deyil: ” Azərbaycan olaraq bu reallıqları ciddi qəbul edirik. Dövlət Komitəsi olaraq ölkədə bu sahə üzrə imkanlarımızı səfərbər edərək genişəhatəli işə cəlb…

Daha çox

PAŞA Bankın mətbuat konfransı keçirilib

“Four Seasons” mehmanxanasında PAŞA Bankın 2024-cü il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. PAŞA Bankın marketinq direktoru Zara İbrahimzadə tədbir iştirakçılarını salamlamış və mətbuat konfransını açıq elan etmişdir. PAŞA Bankın İdarə Heyətinin sədri Cavid Quliyev 2024-cü ilin yekunları haqqında “ İllik nəticələr və strateji baxış “ mövzusunda məruzə etmişdir. Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov 2024-cü il üzrə maliyyə nəticələri, Bankın İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Pərvin Əhədzadə institusional bankçılıq və strateji risk, Bankın marketinq departamentinin direktoru Zara İbrahimzadə korporotiv sosial məsuliyyət barədə çıxışlar…

Daha çox

Səfərbərlik Xidməti işə qəbulla bağlı müsabiqə elan edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işə qəbulla bağlı müsabiqə elan edib. Bu barədə SİA-ya SHXÇDX-dən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə və mülki işə qəbul qaydaları”na əsasən həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən “Müsahibə komissiyası”nın müsbət rəyindən, fiziki hazırlıq səviyyəsi (qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən, mülki işə qəbul olunmaq istəyən vətəndaşlar isə “Müsahibə komissiyası”nın müsbət rəyindən sonra test imtahanında iştirak etməsi üçün adları Dövlət İmtahan Mərkəzinə təqdim…

Daha çox

TDT-nın Ailə və Sosial Siyasət üzrə ekspertlərin görüşü olub

Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin II iclası çərçivəsində ekspertlərin görüşü baş tutub. SİA xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Qazaxıstandan olan müvafiq sahə üzrə ekspertlər bir araya gəliblər. Görüşdə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” mövzusunda müzakirələr aparılıb. Ekspertlər ailə institutunun gücləndirilməsi, sosial siyasətin inkişafı və ortaq yanaşmaların formalaşdırılması istiqamətində fikir və təkliflərini səsləndiriblər. Qeyd edək ki, bu kimi görüşlər Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və təcrübə mübadiləsinin aparılması baxımından…

Daha çox

İpoteka və Kredit Zəmanət Fondunda yeni təyinat

İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinə yeni rəis təyin olunub. SİA-nın əldə etdiyi məlumata görə, bu vəzifə Anar Cəbrayıllıya həvalə edilib. O bu vəzifədə “Report” İnformasiya Agentliyinin baş redaktoru vəzifəsinə təyinat almış həmkarı Namiq Mailovu əvəz edib. Xatırladaq ki, Anar Cəbrayıllı uzun illər ləğv edilmiş “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub.

Daha çox

Gələn həftə Yay fəsli daxil olacaq

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından SİA-ya verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni, maksimum yüksəklikdə görünəcək. Həmin gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.…

Daha çox

İllik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir

Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Məlumata görə, bu ilin aprel ayında 12 aylıq inflyasiya 6,3 %, aylıq inflyasiya isə 0,3 % təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7,6 %, qeyri-ərzaq malları üzrə isə 2,7 % təşkil edib. İllik baza inflyasiya isə 4,8 % olub. Son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin aprelində əmtəə qiymətləri indeksi aylıq 1 %, illik isə 4,6…

Daha çox

Azər Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsal Birliyinin baş direktoru Azər Məmmədov Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək. SİA “Azəriqaz”a istinadən xəbər verir ki, qəbul iyunun 13-də saat 11:00-da YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 22) baş tutacaq. Görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.

Daha çox