“Bildiyiniz kimi, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal etdikdən sonra, həmin işğal olunmuş ərazilərdə yaşayan insanlar kütləvi şəkildə Bakıya axın etdilər. Bu insanların sosial və iqtisadi vəziyyətlərini təmin etmək məqsədilə dövlət tərəfindən xüsusi proqramlar həyata keçirildi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. O bildirib ki, işğal nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvasını tərk edərək Bakıya və digər şəhərlərə yerləşdi ki, bu da paytaxtda əhali sıxlığının artmasına, sosial gərginliyin yaranmasına və işsizlik probleminin ortaya çıxmasına səbəb oldu: “Lakin 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız azad edildikdən sonra, həmin…
Daha çoxDay: June 11, 2025
Milli Qurtuluş Günü: Zəfərin başlanğıcı
Azərbaycan xalqının taleyində elə önəmli günlər var ki, həmin tarixlərdə gələcəyimizi formalaşdıran mühüm addımlar atılıb. Bu günlər arasında ən əlamətdar və unudulmazlarından biri 15 İyun – Milli Qurtuluş Günüdür. Bu tarix sadəcə bir təqvim günü yox, böyük siyasi, tarixi və mənəvi məna daşıyan bir gündür. 15 İyun xalqımız üçün gerçək qurtuluşun və sabitliyin başlanğıcıdır. Bu mühüm dönüş nöqtəsinin başında isə Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə misilsiz xidmətlər göstərmiş, daim xalqına güvənmiş Ümummilli Lider Heydər Əliyev dayanır. 1990-cı illərin əvvəlləri Azərbaycan tarixində ən gərgin və çətin dönəmlərdən biri kimi yadda…
Daha çox“Bu, uzun müddətli psixoloji travmalar yarada bilər”
“30 ilə yaxın müddətdə torpaqlarımızın təxminən 20%-i düşmən tərəfindən işğal edilmişdir. Bu işğal nəticəsində bir milyona yaxın məcburi köçkünümüz öz doğma torpaqlarından aralı düşmüşlər.İşğalın ilk illərində bu köçkünlər respublikamızın müxtəlif bölgələrində ağır və çətin şəraitdə yaşamış, uzun müddət çadırlarda məskunlaşmaq məcburiyyətində qalmışlar. Bu cür şəraitdə insanlar ciddi psixoloji travmalara məruz qalmışdır. Həm yaxınlarını itirmək, həm də doğma yurdundan, ev-eşiyindən didərgin düşmək böyük bir psixoloji zərbədir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, Azərbaycanın ərazisi nisbətən kiçik olsa da, ölkəmizdə müxtəlif xalqlar…
Daha çox“Kənd təsərrüfatı risklərə ən çox məruz qalan sahələrdən biridir”
“Son illər ərzində tütünçülük sektorunda müəyyən inkişaf meylləri müşahidə olunmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, cari ilin ilk dörd və ya beş ayı ərzində sahə üzrə 314 fəaliyyət qeydiyyata alınmışdır: “Müqayisə üçün ötən ilin eyni dövründə (aprel-oktyabr aylarında) cəmi bir fəaliyyət artımı baş vermişdi. Daha əvvəlki dövrə — 2020-ci ilə nəzər yetirdikdə, bu göstəricinin 12,8 fəaliyyət olduğu görünür. Bu rəqəmlər göstərir ki, tutunçuluq sahəsində dinamik artım müşahidə olunur və sektorun inkişaf potensialı artmaqdadır. Bununla yanaşı, kənd təsərrüfatı sektorunda, xüsusilə riskli sahələrdə siğortanın tətbiqi…
Daha çoxAzərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edib
Hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib. Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər. Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib.
Daha çox“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi layihəni uğurla həyata keçirir
“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” adlı layihənin icrasını uğurla həyata keçirir. Bildiyimiz kimi, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu da şəhid ailələri üçün çox böyük bir əhəmiyyət kəsb edir. Çünki, ərazi bütövlüyümüz, suverenliyimiz rəşadətli Ordumuzun döyüşçülərinin və xüsusi qəhrəmanlıq və şücaət göstərərən şəhidlərimizin qanı bahasına əldə olunub. Şəhid ailələrinin hüquqlarının qorunması və onların cəmiyyətdə layiqli yerini tapılması istiqamətində birliyimiz vətəndaş cəmiyyəti olaraq şəhid, qaçqın və köçkün ailələrinə və müharibə…
Daha çoxLeyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda keçirilən “Gənc arıçı” layihəsinin təlim mərhələsi yekunlaşıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi Xızı rayonunda uğurla davam edir. IDEA-dan SİA-ya bildiriblər ki, bu il layihənin ilkin mərhələsində Xızı rayonundan 100-dən çox gənc ailə müraciət edib. Müraciətlərin qiymətləndirilməsi zamanı iştirakçıların arıçılıq sahəsindəki bilik və təcrübəsi, sosial vəziyyəti, eləcə də arıçılıq təsərrüfatının yerləşdirilməsi üçün həyətyanı torpaq sahəsinin mövcudluğu əsas seçim meyarları kimi nəzərə alınıb. Bu meyarlara əsasən seçilmiş 20 iştirakçı xüsusi təlim proqramına cəlb olunub. Təlim mərhələsində iştirakçılara arıçılıqla bağlı həm…
Daha çoxƏli Əsədov Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub
Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 11-də Özbəkistanın Baş naziri Abdulla Aripovla Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın hökümət başçısına “TEXNOPARK” barədə məlumat verilib. Qeyd olunub ki, “TEXNOPARK” MMC 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaranıb. “TEXNOPARK” yüksək texnologiyalı, rəqabətqabiliyyətli, ixracyönümlü və idxalı əvəz edən sənaye məhsullarının istehsalını təmin etmək məqsədilə yaradılıb. “TEXNOPARK” MMC-nin sahəsi 103 hektardan artıqdır. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ildə Özbəkistana rəsmi səfəri zamanı “TEXNOPARK” MMC-nin fəaliyyəti…
Daha çoxAzərbaycanda əmək müqavilələrinin sayı açıqlanıb
Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 465 431 vahid artaraq bu il iyunun 1-nə 1 milyon 887 min 346-ya çatıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 451 200 vahid artaraq 991 122 olub. “Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.
Daha çoxAzərbaycan və Özbəkistanın Baş nazirləri Daşkənddə Heydər Əliyevin barelyefini ziyarət edib
Azərbaycanın Baş naziri Əli Əsədov və Özbəkistanın Baş naziri Abdulla Aripov iyunun 11-də Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Liderin barelyefini ziyarət ediblər. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Baş nazirlər barelyefin önünə gül dəstələri qoyublar, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Daha çox