Azərbaycan və Dünya Bankı arasında gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. SİA bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazirin I müavini Anar Kərimov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeysteri, Avropa və Mərkəzi Asiya regionu üzrə Dövlət İdarəçiliyi və İnstitusional İnkişaf Proqramının rəhbəri və bu sahədə təcrübələr üzrə meneceri Adrian Fozzardı qəbul edib. Görüşdə mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycan hökumətinin bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu qeyd edilib. Azərbaycanın uzun illər ərzində Dünya Bankı ilə əməkdaşlıqdan faydalandığı, Bankın müxtəlif sahələrdə maliyyələşdirdiyi layihələrin və göstərilən texniki yardımların…
Daha çoxDay: June 11, 2025
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun tərkibi genişlənib
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun tərkibi genişlənib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanla Komissiya tərəfindən qəbul edilmiş qərarları yerinə yetirmək, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə əlaqədar tədbirlərin bilavasitə həyata keçirilməsini təmin etmək məqsədilə Komissiyanın 15 nəfərdən ibarət İşçi qrupu daimi fəaliyyət göstərəcək. Bu vaxta qədər sözügedən işçi qrup 8 nəfərdən ibarət olub. Azərbaycan Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Daha çoxDYP skuter sürənlərə xəbərdarlıq edib
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi skuterlə hərəkət edənlərə xəbərdarlıq edib. SİA xəbər verir ki, bu barədə DYP məlumat yayıb. Son illər ölkəmizdə skuter və digər elektrikli fərdi hərəkət vasitələrindən istifadə hallarında əhəmiyyətli artım müşahidə olunur. Lakin, bu nəqliyyat vasitələrində hərəkət edən bəzi şəxslərin yol hərəkəti qaydalarına laqeyd münasibəti onların özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Skuterlərfın istifadə zamanı ən çox rast gəlinən qayda pozuntuları sırasında aşağıdakılar yer alır: – bir skuterdə iki nəfərin hərəkət etməsi (bu, balans itkisi…
Daha çoxNaxçıvanda II karyera sərgisi açılıb
Naxçıvan şəhərində II karyera sərgisi keçirilir. SİA-nın məlumatına görə, 28-i dövlət, 14-ü özəl müəssisə olmaqla, ümumilikdə 42 təşkilat sərgiyə vakant vəzifə çıxarıb. Qeyd olunub ki, iki gün davam edəcək sərgiyə 5 mindən çox tələbə və məzun olmaqla, ümumilikdə, 7 min iştirakçının qatılacağı gözlənilir. Onlar müəssisə nümayəndələri ilə görüşmək, şəxsi məlumatlarını təqdim etmək, təcrübə və vakant iş yerləri haqqında birbaşa məlumat almaq imkanı əldə edəcəklər. Sərgi müddətində Bakıdan dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək. Bildirilib ki, ötən il keçirilən I karyera sərgisində təqdim olunan şəxsi məlumatlar əsasında artıq…
Daha çoxƏdliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
VK Rəyasət Heyətinin sədri Anar Bağırov bu mərhələ yalnız nəzəri biliklərin artırılması deyil, həm də peşə hazırlığının gücləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin mənimsənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Anar Bağırov deyib ki, vəkilliyə qəbul üzrə test imtahanları VK və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə, yerli və beynəlxalq müşahidəçilərin, dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə tam şəffaf və obyektiv şəraitdə həyata keçirilir. Həmçinin, sədr əlavə edib ki, ixtisas imtahanlarının şifahi mərhələsində ədalətliliyin təmin olunması üçün videoyazı sistemi tətbiq olunur və bütün namizədlərə eyniməzmunlu suallar təqdim…
Daha çoxŞeyxülislam Ümumdünya Kilsələr Şurasının Baş katibinə etiraz məktubu göndərib
Erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) tərəfindən bundan sonra dəstək verilməsin. SİA xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ÜKŞ Baş katibi Jerry Pilleyə etiraz məktubunda qeyd edilib. Məktubda qeyd edilib ki, Baş katibin erməni tərəfinin açıq-aydın təsiri altında verdiyi açıqlamalar Şuranın sülhpərvər nüfuzuna və ədalətli mövqeyinə xələl gətirir: “Əminəm ki, ÜKŞ rəhbəri olaraq Siz beynəlxalq təşkilatların həmin hesabatları və beynəlxalq müşahidəçilərin bəyanatları ilə tanış olsaydınız, Sizin açıqlamalarınız da obyektiv…
Daha çoxMakron Trampa qarşı
Fransa Qrenlandiyada mədən əməliyyatlarına qoşulub G7 sammiti üçün Kanadaya gedən Fransa prezidenti Emmanuel Makron həftənin sonunda Qrenlandiyaya səfər edəcək. O, ABŞ prezidenti Donald Trampın Danimarka adasını ABŞ-ın tərkibinə daxil etmək istəyi ilə bağlı yüksək profilli bəyanatları fonunda Şimali Atlantika və Arktikada təhlükəsizliyi müzakirə etmək üçün Nuuk şəhərinə səfər edən ilk Avropa dövlət başçısı olacaq. İyunun 9-da Makron bildirib ki, Qrenlandiyanın “zəbt obyekti deyil” və yəqin ki, Trampın Arktika adasını ABŞ-ın nəzarəti altına almaq istəməsi ilə bağlı təkrar bəyanatlarına eyham vurub. Makronun sözləri Nuuk səfəri ərəfəsində Qrenlandiya lideri Yens-Frederik Nilsen və…
Daha çox“Unudulmaqda olan adət-ənənələr” layihəsinin icrasına başlanıb
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin təşkilatçılığı ilə “Unudulmaqda olan adət-ənənələr” adlı layihənin icrasına başlanılıb. SİA xəbər verir ki, layihənin məqsədi Azərbaycan xalqına məxsus qədim adət-ənənələrin, milli-mənəvi dəyərlərin araşdırılması, təbliği və gələcək nəsillərə ötürülməsidir. Qloballaşma və modern həyat tərzinin təsiri ilə zamanla unudulmağa başlayan mədəni irsimizin qorunması və yaşadılması bu təşəbbüsün əsas prioritetlərindəndir. Müasir dövrdə, xüsusilə qloballaşma prossesi fonunda, bir çox qədim adət-ənənələrimiz unudulmaq təhlükəsi ilə üz-üzədir. Gənc nəsillər bu dəyərlərdən uzaqlaşdıqca, milli kimlik zəifləyə bilər. Tədbirlər 2025-ci il ərzində…
Daha çoxAzərbaycanda vergi orqanlarına daxil olmuş müraciətlərin sayı mayda 6 %-dən çox azalıb
Bu ilin may ayında Azərbaycanda vergi orqanlarına 32 985 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, daxil olmuş müraciətlərdən 94,2 %-i ərizə, 5,7 %-i şikayət, 0,1 %-i təklif olub, 26 müraciətin icrası nəzarətə götürülüb. Daxil olmuş müraciətlərdən 65,1 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 34,9 %-i isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərdən 65,7 %-i həll olunub, 33,1 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həll olunmuş…
Daha çox“Paşinyan bütün bunların fəqrindədir”
“Ermənistanda daxili qarşıdurmaların daha da kəskinləşdiyi müşahidə olunmaqdadır. Paşinyanın Il Qareginin timsalında erməni Qriqoryan kilsəsinə açdığı dava həlledici fazaya daxil olub. Məlumdur ki, Paşinyan və kilsə arasında olan gərgin münasibətlər bir neçə ildir ki, davam edir. Hələ Paşinyanın hakimiyyət uğrunda mübarizəyə başladığı vaxtlardan Sarkisyan hakimiyyətini müdafiə edən kilsə rəhbərləri onun hakimiyəyə gəlişi ilə bir müddət sakit dayansalar da, sonradan Paşinyan əleyhinə açıq mübarizəyə start verdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, Paşinyana qarşı birləşən qüvvələr, yəni siyasi müxalifətlə kilsənin məqsədi təbii ki, mövcud hakimiyyətin…
Daha çox