Dənizdə çimmək, yoxsa hovuzda? – SORĞU
Daha çoxDay: June 11, 2025
Azərbaycan 2027-ci ildən sonra BOEM üzrə daha 10 yeni layihə icra edəcək
Azərbaycan bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafının ikinci mərhələsi çərçivəsində daha 10 yeni layihənin həyata keçirilməsini planlaşdırır. SİA xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Avropa KİV-inə müsahibəsində bildirib. O xatırladıb ki, 2027-ci ilə qədər Azərbaycanda “yaşıl enerji” sahəsində 10 layihənin həyata keçirilməsi planlaşdırılır və buna 2,7 milyard ABŞ dolları investisiya yönəldiləcək. “Bu, 2 GVt “yaşıl enerji” istehsal etməyə imkan verəcək. 2027-ci ildən sonra üç fazalı inkişafın ikinci fazası çərçivəsində daha 10 layihəmiz var – bunlar dənizdəki külək elektrik stansiyaları, qurudakı külək elektrik stansiyaları, günəş enerjisi layihələri və…
Daha çoxMavritaniya Prezidenti Azərbaycan liderini təbrik edib
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri, əziz Qardaşım. Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha da çox tərəqqi və rifah diləyirəm. Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın mənafeləri naminə möhkəmlənməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm. Zati-aliləri, əziz Qardaşım, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz”.
Daha çoxPrezidentin xüsusi nümayəndəliyi vətəndaşın iddialarına cavab verib
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi açıqlama yayıb. SİA açıqlamanı təqdim edir: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tam suverenliyinin təmin edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri, doğma yurdlarına dönən vətəndaşlarımızın məskunlaşmaları, onların sosial qayğılarının qarşılanması istiqamətində ardıcıl tədbirlər uğurla davam etdirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, orada fəaliyyət göstərən dövlət orqanlarının yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, mülkiyyətin mühafizəsini, dövlət əmlakından…
Daha çoxBakı-Sumqayıt qatarının 14-16 iyundakı hərəkət qrafiki AÇIQLANDI
Abşeron dairəvi marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt) 14 və 16 iyun tarixlərində şənbə, 15 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcək. SİA bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir. Xatırladaq ki, iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunacaq. Həmin tarix bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq.
Daha çox“Çin vətəndaşları dünyada ən çox səyahət edən turist qruplarından biri hesab olunur”
“Azərbaycan ilə Çin Xalq Respublikası arasında viza rejiminin sadələşdirilməsi və ya aradan qaldırılması, şübhəsiz ki, iki ölkə arasında turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaradır. Məlumdur ki, Çin təxminən 1,5 milyard nəfərə yaxın əhali ilə dünyanın ən çox əhalisi olan ölkəsidir və Çin vətəndaşları dünyada ən çox səyahət edən turist qruplarından biri hesab olunur. Onlar həm fərdi şəkildə, həm də turist qrupları şəklində xarici ölkələrə səyahət edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov deyib. Onun sözlərinə görə, Azərbaycan isə özünün zəngin tarixi, mədəni…
Daha çoxDeputat 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün güzəştlərin olmasını təklif edib
Azərbaycanda 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik və qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələrinin qanunla tənzimlənərək tətbiq olunması mexanizmləri hazırlanmalıdır. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında çıxış edib. O qeyd edib ki, erkən yaşda bağçaya göndərilən uşaqlarda stress hormonlarının (kortizol) səviyyəsinin artması müşahidə olunur: “Bu da uzunmüddətli emosional və davranış problemlərinə səbəb ola bilər. Təəssüf ki, bir çox valideyn iş rejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçaya göndərməyə məcbur olur. Nəticədə…
Daha çoxKamran Əliyev Keniyada cinayətkarlıqla mübarizədə təcrübə mübadiləsini müzakirə edib
Baş prokuror Kamran Əliyev Keniyada cinayət təqibinə qədər terrorçuluğun qarşısının erkən alınması üzrə milli yanaşmalara həsr olunmuş əsas sessiyaya sədrlik edib. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, iclasda radikallaşmanın qarşısının alınması və terrorçuluğun yaranma səbəblərinə erkən müdaxilə mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub. K.Əliyev Azərbaycanın terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığa daim xüsusi önəm verdiyini vurğulayıb. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verib. Sessiyada Uqandanın Baş prokuroru Ceyn Abodo, Cənubi Avstraliya ştatının Baş prokuroru Martin Kinton və…
Daha çoxQHT- Yaşil hidrogenin dayanıqlı inkişafda rolu ilə bağlı layihəyəyə start verib
“Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə Azərbaycanın yaşıl hidrogen enerji mənbələrinin dayanıqlı inkişafda rolu ilə bağlı layihəsinə start verib. Layihə çərçivəsində enerji sektorunun dayanıqlı inkişafına töhfə vermək məqsədilə, bərpa olunan enerji mənbələrinin (hidroenergetika, geotermal, bioenerji) və hidrogen saxlama texnologiyalarının inteqrasiyasını araşdırmaq, bərpa olunan enerji mənbələri və hidrogen saxlama texnologiyalarının inteqrasiyası ilə bağlı aparılan araşdırmaların nəticələri ilə bağlı maarifləndirici tədbirlər həyata keçiriləcək. Layihə çərçivəsində Azərbaycanın enerji müstəqilliyini təmin etmək, istixana qazı emissiyalarını azaltmaq və ekoloji təmiz enerji gələcəyini qurmaq məqsədilə…
Daha çox“Layihələr şəhərin davamlı mobillik strategiyasına töhfə verəcək”
“Bakı şəhərində metro artıq 57 ildir fəaliyyət göstərir və bu illər ərzində metronun fərqli inkişaf dövrləri olub. Müstəqillik illərində şəhərimiz sürətlə böyüyüb, lakin metro stansiyaları və xətləri bu sürətlə inkişaf etməyib. Şəhərin daxilində sıx məskunlaşan yerlərin əlaqələndirilməsi üçün mövcud metro şəbəkəsinin müəyyən istiqamətlərdə genişləndirilməsi vacibdir ki, bu da şəhər daxilindəki mobilliyə və hərəkətliliyə imkan yaratsın”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib. Onun sözlərinə görə, metro çox bahalı nəqliyyat növüdür; tikintisi və konseptual planı var. Bu plan fərqli xətlərin yaradılmasını nəzərdə tutur və Bakı şəhərinin baş planına…
Daha çox