Xüsusi hərbi əməliyyat üzvü ailəyə yanan evdən qaçmağa kömək edir…

…Dağıstandan olan xüsusi hərbi əməliyyatın döyüşçüsü Rəsul Yaxyayev Peterhofda yanan evdən bir ailəni xilas edərək qəhrəmanlıq göstərib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Mash Gor” Telegram kanalı məlumat yayıb. …Hadisə hərbçi Sankt-Peterburq yaxınlığında məzuniyyətdə olarkən baş verib. Gecə şəxsi evdən tüstü çıxdığını görüb və heç düşünmədən köməyə qaçıb. Həmin vaxt ev sahibləri yuxuda olub və təhlükədən xəbərsiz olublar. Yaxyayev həyatını riskə ataraq yanğının içinə girərək bütün sakinləri oyatdı və uşaqları küçəyə çıxarıb. Onun qətiyyətli hərəkətləri sayəsində heç kim xəsarət almayıb. Rəsul Yaxyayev müqavilə əsasında xidmət edir və…

Daha çox

Tramp Putinlə söhbəti nəticəsiz adlandırıb…

Tərəflər fikir mübadiləsi aparsalar da, razılıq əldə olunmayıb… …ABŞ prezidenti Donald Tramp iyunun 4-də Rusiya diktatoru Vladimir Putinlə son telefon danışığının müsbət olduğunu, lakin heç bir konkret nəticə vermədiyini bildirib. SİA xarici qaynaqlara istinadən xatırladır ki, söhbət zamanı Ukraynadakı müharibə və İranın nüvə proqramı müzakirə olunub. Trampın sözlərinə görə, tərəflər fikir mübadiləsi aparıb, lakin razılıq əldə olunmayıb. Əli Babayev

Daha çox

Forumun Azərbaycanın “Milli Proqramı” təqdim olunub

Qlobal Texnologiya Forumu – GTR2025 çərçivəsində keçirilən “Sabahın işçi qüvvəsinin bacarıqlarının artırılması” adlı panel sessiyasında 4SİM-in Təhsilin İnkişafı Fondu və “Coursera” ilə birgə həyata keçirdiyi “Milli Proqram” təqdim olunub. Paneldə iştirak edən 4SİM-in icraçı direktoru Fariz Cəfərov proqramın məqsədinin ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək vermək olduğunu bildirib. Tədbirdə Koreya, Qətər, Malayziya və digər ölkələrdə bu modelin tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Daha çox

Engelsdə güclü partlayış səsləri eşidilib…

Yerli sakinlər böyük tüstü sütununun olduğunu bildirirlər… …İyunun 11-də günorta saatlarında Saratov vilayətinin Engels şəhərində güclü partlayış baş verib. Yerli sakinlər böyük tüstü sütununun olduğunu bildirirlər. SİA-nın məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır. Ruslar partlayışın 9-cu Mərkəzi Avtomobil Təmiri Zavodunda baş verə biləcəyini iddia edirlər. Məlumdur ki, bu zavod Kristall neft bazasından cəmi 2 kilometr aralıda Engels aviabazasının yaxınlığında yerləşir. Digər mənbələrə görə, partlayış Kristalldan 5 kilometr aralıda yerləşən “RusKon-S” boru kəməri fitinqləri istehsalı zavodunda baş verə bilərdi. Əli Babayev

Daha çox

Qutsulun ev dustaqlığı 30 gün uzadılıb…

Kişinyov Rayon Məhkəməsi Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsulun ev dustaqlığının 30 gün uzadılması ilə bağlı prokurorların vəsatətini təmin edib. …Prokuror Adrian Skutarunun Yevgeniya Qutsulun ev dustaqlığının müddətini iyunun 13-dən 30 gün müddətinə uzadılması ilə bağlı vəsatəti təsdiqlənib. SİA-nın məlumatına görə, TASS hakimin qərarından sitat gətirir. Bundan əvvəl Moldova polisi Başkan Yevgeniya Qutsula dəstək aksiyasına gedənləri saxlayıb. Tədbir Kişinyovla bağlı tələbləri əks etdirən qətnamənin qəbulu ilə başa çatıb. Əli Babayev

Daha çox

“Gələcəyini seç – narkomaniyaya yox de!”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci il üçün iş planına və dövlət proqramına uyğun olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) tərəfindən iyunun 11-də “Gələcəyini seç-narkomaniyaya yox de!” mövzusunda maarifləndirmə tədbiri keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, tədbirin əsas məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə maarifləndirmə işlərinin səmərəliliyinin artırılması, məktəblilərdə antinarkotik dünyagörüşünün və narkomanlığın fəsadları barədə anlayışların formalaşdırılması, sağlam həyat tərzinin təbliği, azyaşlılar…

Daha çox

Polşa hökuməti etimadsızlıq səsverməsini üstələyib

240 parlamentari Tuskun kabinetinə etimad göstərib. Polşa Seymi Donald Tuskun Nazirlər Kabinetinə etimad məsələsinə baxıb. Prosedura müxalifətin mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasının dəstəklədiyi namizəd Karol Navrockinin prezident seçkilərinin ikinci turunda qələbə qazanmasına cavab olaraq baş nazirin özü tərəfindən təşəbbüs edilib. SİA-nın məlumatına görə, səsvermə nəticəsində hökumət istefadan yayına bilib. Etimadsızlıq səsverməsi qanunla müəyyən edilmiş deputatların sayının ən azı yarısının (Seymdə 460 yer var) iştirakı ilə sadə səs çoxluğunun dəstəyini tələb edirdi. 240 parlamentari Tuskun kabinetinə etimad göstərib, 210-u əleyhinə səs verib, heç bir deputat…

Daha çox

Moskva vilayətində kütləvi davadan sonra onlarla miqrant saxlanılıb…

Moskva vilayətinin Çexov şəhərində polis ticarət mərkəzi yaxınlığında baş vermiş kütləvi davadan sonra 32 miqrantı saxlayıb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin Telegram-kanalında məlumat verilib. Hər şey bazar ertəsi, iyunun 9-da baş verib. Bir neçə kişi arasında mübahisə olub, sonradan davaya çevrilib. Münaqişə iştirakçılarının bəzilərinin improvizə vasitələrdən – kürək və daşlardan istifadə etdiyi dəqiqləşdirilir. Şahidlərin bildirdiyinə görə, iştirakçıların sayına baxmayaraq, yalnız iki nəfər xəsarət alıb. Bundan əvvəl Moskva vilayətində azyaşlını vuran traktor sürücüsünün meyiti gizlətməyə cəhd etdiyi bildirilirdi.…

Daha çox

“Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır”

Qubada elmi-praktik konfrans… Qubada “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır” mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək, xatirəsi ehtiramla yad edilib. İştirakçılar konfransın bədii hissəsində aşıq musiqisi dinləyib, yallı rəqsinə və Qərbi Azərbaycanın mədəni irsini əks etdirən sərgiyə baxıblar. Heydər Əliyev Mərkəzində keçirilən konfransda Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov konfransın mahiyyəti barədə ətraflı məlumat verərək, tədbirin Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini…

Daha çox

“Azərbaycanın müasir ordu quruculuğu prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur”

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun təşkili dövlət quruculuğunun mühüm istiqamətlərindən biri olmuşdur. 1918-ci ildə, Osmanlı İmperatorluğunun sərkərdəsi Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun dəstəyi ilə Bakı şəhəri erməni-bolşevik birləşmələrindən azad edilmişdir. Bu hadisə Azərbaycan xalqının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsinin mühüm mərhələlərindən biri kimi tarixə düşmüşdür”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, 1918-ci ilin 15 sentyabrında Bakı şəhərinə daxil olan Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu, xalqın böyük ruh yüksəkliyi və sevinci ilə qarşılanmışdır: “Lakin Azərbaycan Xalq Cümhuriyyəti uzunömürlü…

Daha çox