Bakıda “Özbəkistan”, Daşkənddə isə “Azərbaycan” parklarının salınması planlaşdırılır. SİA xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş “Azərbaycan – Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru” panel sessiyasında bildirib. “Bu parklar xalqlarımız arasında dostluğun və qarşılıqlı hörmətin simvoluna çevriləcək. İyunun əvvəlində Daşkəndin meri, eyni zamanda mənim yaxın dostum cənab Şavkat Umurzakov Bakıda işgüzar səfərdə idi. Səfər çərçivəsində paytaxtın Ağ Şəhər ərazisində “Özbəkistan” parkının inşa ediləcəyi əraziyə baxış keçirildi. Buna cavab olaraq, bu ayın sonunda Azərbaycan nümayəndə heyətinin Daşkəndə səfəri…
Daha çoxDay: June 11, 2025
Siqaret, siqar, yoxsa qəlyan? – Zərərlilik dərəcəsi
Peşəkar qəlyançı Mirsadiq Hüseynovun SİA-ya müsahibəsini təqdim edirik: – Dünyada ilk qəlyan Hindistanda hazırlanıb. Sonra İran, ərəb ölkələri və Türkiyədə geniş istifadə olunmağa başlayıb. Türkiyədə qəlyan çəkmək ən qədim adətlər sırasına daxildir. Ölkəmizə necə gəlib? – Artıq illərdir ki, bu sahədə fəaliyyət göstəririk – təxminən 23 ildir bu işlə məşğuluq. Əvvəllər bizim bir televiziya verilişimiz də olmuşdu. Hətta bir kanalımız da var idi. Kamil Zeynallı ilə birlikdə birgə veriliş hazırlamışdıq. O verilişdə biz qəlyan haqqında danışmışdıq. Bildirmişdik ki, qəlyan ilk dəfə Hindistanda yaranıb. Çox insanlar əvvəllər qəlyanı zərərli bir şey…
Daha çoxAzərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları, yaxud 1,5 % artaraq 71,85 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,60 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,1 ABŞ dolları və ya 1,58% artaraq 70,60 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti…
Daha çoxAzərbaycan XTQ-də dörd ölkə ilə birgə xüsusi təyinatlıların təliminə hazırlıq müzakirə edilib
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə cari ilin sentyabr ayında Azərbaycanda keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar. Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub. Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar…
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
İyunun 10-da Amerika fond bazarlarında Dow Jones indeksi 0.25%- 42,866.87 bəndədək, S&P 500 indeksi 0.55% – 6,038.81 bəndədək, Nasdaq indeksi isə 0.63% – 19,714.99 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında iyunun 10-da FTSE 100 indeksi 0.24% – 8,853.08 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.17% – 7,804.33 bəndədək artıb, Almaniyanın DAX indeksi 0.77% – 23,987.56 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.08% azalaraq 1.1416 dollar təşkil edib.
Daha çoxAzərbaycan Özbəkistanda ticarət nümayəndəliyi açacaq
Azərbaycan və Özbəkistan gələn həftə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsini planlaşdırıb. SİA xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan – Özbəkistan: iqtisadi tərəfdaşlıq vektoru” panel sessiyasında bildirib. Onun sözlərinə görə, Hökumətlərarası Komissiya böyük əhəmiyyət kəsb edir, çünki ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verən bir alətdir. “Gələn həftə Hökumətlərarası Komissiyanın iclasını keçirməyi planlaşdırırıq. Bundan əlavə, təxminən 500 milyon ABŞ dolları kapitalı olan birgə İnvestisiya Fondu da vacib alətlərdən biridir. Fondun müşahidə şurasının çərçivəsində Azərbaycan və Özbəkistan…
Daha çoxQubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq Bu gün Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Quba Elektrik Şəbəkəsində yerləşən 35/6 kV-luq “Quba” yarımstansiyasında iyunun 11-də əsaslı təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar rayonun bir sıra kəndlərində və şəhər ərazisində elektrik xətləri sifarişə əsasən açılacaq. Saat 10:00-dan saat 16:00-dək Nəriman Nərimanov, Qasım İsmayılov, Səməd Vurğun, Yusif Qasımov, Memar Əcəmi, Məhəmməd Əmin Rəsulzadə, Əliqulu Nərimanov, Əliheydər Orucov, Arif Hüseyzadə, 223 Atıcı diviziya, Molla Pənah Vaqif, Gənclər,…
Daha çoxBakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. “20 Yanvar” dairəsində; 5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 7. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 9. Rəşid Behbudov küçəsi, Mərkəzi…
Daha çoxDubayda dünyanın ən hündür metro stansiyası inşa ediləcək
Dubayda Mavi xəttin genişləndirilməsi layihəsi çərçivəsində dünyanın ən hündür metro stansiyası inşa ediləcək. Şəhərin sürətlə inkişaf edən “Dubai Creek Harbour” rayonunda yerləşəcək stansiyanın adı “Emaar Properties Station” olacaq və hündürlüyü 74 metrə çatacaq. SİA xarici mediaya istinadla xəbər verir ki, stansiyanın layihəsi ABŞ-ın “Skidmore, Owings & Merrill” memarlıq şirkətinə məxsusdur. Bu şirkət “Burc Xəlifə” layihəsinin müəllifi kimi tanınır. “Emaar Properties” stansiyasının layihəsi “kəsişən qapılar” konsepsiyasından ilhamlanıb və 11 min kvadratmetr sahəni əhatə edərək gündə 160 min nəfərə qədər sərnişinə xidmət edəcək. Mavi xətti şəhərin nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq məqsədilə tikiləcək və…
Daha çoxPentaqondan Ukraynaya pis xəbər
Ukraynaya hərbi yardımın məbləği növbəti müdafiə büdcəsində azaldılacaq. SİA xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə dinləmələr zamanı deyib. O bildirib ki, hazırkı administrasiya bu münaqişəyə çox fərqli tərəfdən baxır. “Biz inanırıq ki, danışıqlar, sülh yolu ilə nizamlanma hər iki tərəfin və millətlərimizin maraqlarına daha uyğundur”, – deyə o bildirib. 2022-ci ilin fevralından bu yana ABŞ Ukraynaya 66 milyard dollardan çox yardım edib.
Daha çox