Bu gün Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Manihur Özdemir Göktaş Azərbaycana səfəri çərçivəsində “Şəxsiyyət, mənsubiyyət və ideallar: multikultural dünyada öz dəyərlərinlə yol almaq” adlı proqram çərçivəsində Xəzər Universitetinin tələbələri ilə görüşüb. SİA xəbər verir ki, tədbir iki dövlətin, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi başlayıb.
Tədbirdə çıxış edən dosent Elmar Nüsrətoğlu Quliyev qeyd edib ki, Xəzər Universiteti Azərbaycanda ilk orkestra otağı olan universitetdir.
Bununla yanaşı orkestrın müşayiəti ilə bir sıra özəl parçalar oxunaraq qonaqların və tələbələrin könlünü oxşayıb, ardınca rəqs nümayiş olunub. Həmçinin Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz” musiqisi qonaqlar və tələbələr üçün səsləndirilib.