Putin Təhlükəsizlik Şurasının geniş iclasını çağırıb…


Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının geniş iclasını çağırıb.

SİA xəbər verir ki, bu barədə Kremlin jurnalist fondunun Telegram kanalı məlumat yayıb.

Nəşri kompüter monitoru qarşısında oturan dövlət başçısının kadrı müşayiət edir.

Ekranda videobağlantı vasitəsilə iclasda iştirak edən Təhlükəsizlik Şurasının üzvləri göstərilir.

Jurnalistlər fotonun altına “Putin “böyük” Təhlükəsizlik Şurasını topladı” yazıblar.

Həmin gün prezidentin mətbuat katibi Dmitri Peskov Təhlükəsizlik Şurasının mövzusunun ənənəvi dəyərlər olacağını bildirib.

Kreml nümayəndəsi həmçinin qurumun daimi üzvlərinin operativ iclasını geniş iclasla qarışdırmamağa çağırıb.

Əli Babayev

Əlaqəli Xəbərlər