…Kremllə Çeçenistan arasında onilliklər ərzində yarı-açıq formatda mövcud olan münaqişə indi yenidən üzə çıxır. Gərginliyin mənbəyi Ramzan Kadırovun cəmi 17 yaşı olan yeniyetmə oğlu Adəmi hakimiyyətə hazırlamaq istəyi olub. Kadırovun böyük uşaqları olmasına baxmayaraq, onun seçdiyi vari məhz Adəm olub.
SİA-nın məlumatına görə, “The Times” yazır ki, son aylarda Adam Kadırova bir neçə rəsmi vəzifə, o cümlədən Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsi verilib – respublikanın idarə olunmasında strateji rol…
May ayında Ramzan Kadırov Vladimir Putinlə görüşüb.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, qapalı söhbət zamanı o, hakimiyyəti Adəmə təhvil verməyi birbaşa təklif edib. Lakin Kreml bu fikri bəyənməyib.
Praqadakı Çarlz Universitetinin professoru Emil Aslanın fikrincə, Moskva Çeçenistan üzərində nəzarəti Kadırovlar klanının əlində saxlamağa hazır ola bilər, lakin qəti şəkildə yüksək postda yeniyetmənin əleyhinədir.
Aslan hesab edir ki, “Kreml üçün əsas prioritet regionda sabitlikdir və Adam hələ ki, buna zəmanət vermək iqtidarında deyil.
…Şayiələr arasında, Adam Kadırovla əlaqəli Instagram hesabında Ramzan Kadırovun köhnə müsahibəsi ortaya çıxıb. Videoda o, oğulları haqqında belə deyir: “İstəyirəm ki, onlar tez böyüsünlər ki, onlara tam izah edim, öyrədim və bu yola salım”.
Bu gün bu sözlər az qala siyasi vəsiyyət kimi səslənir. Kremlə yaxın mənbələr bildirirlər ki, Çeçenistanda hakimiyyətin varisliyinin qeyd edilməsi faktının özü Putin tərəfindən öz nüfuzuna hücum kimi qəbul edilib.
Kreml isə adətən belə addımları bağışlamır.
Əli Babayev