Auditorlar Palatasının mənfəəti cüzi artıb


Auditorlar Palatası 2024-cü ili 160 min manat mənfəətlə başa vurub. SİA qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,6 % çoxdur.

Ötən il Auditorlar Palatasının əməliyyat gəlirləri 1,424 milyon manat (əvvəlki ilə nisbətən 7,1 % çox), o cümlədən üzvlük haqlarından gəlirləri 1,312 milyon manat (10,4 % çox), ixtisasartırma və imtahan gəlirləri 33 min manat (26,7 % az), qrant və ianələrdən gəlirləri 79 min manat (16 % az) təşkil edib.

Hesabat dövründə qurumun əməliyyat xərcləri isə 1,264 milyon manat (8 % çox), o cümlədən işçilərə çəkdiyi xərcləri 731 min manat (5,5 % çox), ezamiyyə xərcləri 68 min manat (2,8 dəfə çox), məlumat-reklam xərcləri 109 min manat (25,3 % çox), çap və mətbuat xərcləri 16 min manat (23,1 % çox), informasiya texnologiyaları dəstəyi və ofis xərcləri 16 min manat (33,3 % çox), amortizasiya və qiymətdən düşmə xərcləri 27 min manat (12,9 % az), rabitə xərcləri 33 min manat (3,1 % çox), üzvlük haqqı xərcləri 24 min manat (0,08 % çox), audit və peşəkar məsləhət xidmətləri xərcləri 75 min manat (2,6 % az), sair əməliyyat xərcləri 50 min manat (31,6 % çox), sığorta xərcləri 3 min manat (1,7 % çox), bank xərcləri 7 min manat (2,1 % az), konfrans xərcləri 81 min manat (2,5 dəfə çox), icarə xərcləri 5 min manat (dəyişməyib), vergi xərcləri 3 min manat (2 dəfə az), sosial xərcləri 11 min manat (7,3 dəfə az), kommunal xərcləri isə 4 min manat (11,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə Auditorlar Palatasının aktivləri 1,399 milyon manat olub ki, bu da illik müqayisədə 12,8 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 4,8 % azalaraq 20 min manata düşüb, balans kapitalı isə 13 % artaraq 1,379 milyon manata çatıb.

Xatırladaq ki, Auditorlar Palatası “Auditor xidməti haqqında” 16 sentyabr 1994-cü il tarixli qanuna əsasən, ölkə ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu qanundan, digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditorlar təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə yaradılıb.

Əlaqəli Xəbərlər