2025-ci ildə Monqolustana gələn turistlərin əksəriyyəti ruslardır…


…2024-cü ildə Monqolustan 727,4 min xarici turist qəbul edib ki, onların da 213,231-i ruslar olub.

Monqolustanın Milli Turizm Assosiasiyası ölkəyə turistləri nəyin cəlb etdiyini açıqlayıb.

SİA-nın məlumatına görə, Monqolustan turistlər arasında populyarlıq qazanır.

Belə ki, ötən il 213 231 rusiyalı Monqolustana səfər edib ki, bu da sayca Çindən sonra ikinci yerdədir.

Ümumilikdə Monqolustan 2024-cü ildə 727,4 min xarici turist qəbul edib.

Monqolustanın Milli Turizm Assosiasiyasının məlumatına görə, bu il Monqolustana gələn turistlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır.

Assosiasiyanın qeyd etdiyi kimi, ölkəyə əsasən Rusiyanın şimal bölgələrinin sakinləri gəlir, çünki onlar yerli iqlimə öyrəşiblər.

…Monqolustanla həmsərhəd olan Rusiya regionlarının sakinləri ailələri və kiçik qrupları ilə öz avtomobillərində gəlməyi xoşlayır, balıq ovu və aktiv ovla istirahətə üstünlük verirlər.

Bunu turoperatorlar assosiasiyası qeyd edib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər