Türkiyədə Böyükşəhər Bələdiyyə sədri vəfat edib…


Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyrek müalicə aldığı xəstəxanada vəfat edib.

SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu bildirib.

Nazirin X sosial media hesabında verilən açıqlamada deyilib ki, baş vermiş qəza nəticəsində xəstəxanaya yerləşdirilən və bir müddətdir müalicə alan Manisa Böyükşəhər Bələdiyyəsinin başçısı edilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib.

Qeyd edək ki, bələdiyyə sədrini bir müddət əvvəl evində elektrik cərəyanı vurduğu üçün xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Əlaqəli Xəbərlər