… İran hakimiyyəti ictimai sağlamlıq və təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək, ictimai yerlərdə itləri gəzdirmək qadağasını genişləndirib.
SİA xəbər verir ki, bu barədə “Arab News” məlumat yayıb. Xatırladaq ki, 2019-cu ildə Tehranda qadağa tətbiq edilib. İndi onun təsiri daha 17 böyük şəhərə, o cümlədən İlam, İsfahan və Kirmana yayılıb.
İslamda təhlükəsizlik məqsədi ilə lazım olan hallar istisna olmaqla, evdə it saxlamaq bəyənilmir, lakin İranda it saxlamağa rəsmi qadağa yoxdur.
Lakin itlər ev heyvanları kimi o qədər də məşhur deyillər, çünki onların tüpürcəyi İslamda murdar bir maddə – nəcas hesab olunur.
Həmçinin, bir çox sakinlər evdə it saxlamaq dəbinin Qərbdən təsirləndiyinə inanırlar.
Tehranda itlərin gəzdirilməsinə uzun müddət qadağa qoyulmasına baxmayaraq, onların sahibləri əslində buna əməl etmirlər.
İndi hakimiyyət qanunu pozanların məsuliyyətə cəlb ediləcəyi ilə bağlı sərt bəyanatla çıxış edir.
…İlam meriyasından Etemada bildiriblər ki, qanun pozucularına qarşı qanunla nəzərdə tutulmuş tədbirlər tətbiq olunacaq.
Əli Babayev