Almaniya Rusiyanın ittihamlarına cavab verib…


…Bundestaqın sədri Yuliya Klekner Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Kiyevdəki terror aktları ilə bağlı göndərdiyi materiallara məhəl qoymayıb.

SİA-nın məlumatına görə, RİA Novosti yazır ki, o, cavabında sadəcə Ukraynada “faşizmin olmadığını” bildirib.

Klekner deyib ki, “…Kiyevdə faşist rejim yoxdur”.

…İyunun 7-də Volodin Kleknerə və Almaniya parlamentindəki beş siyasi fraksiya rəhbərlərinə Kiyevin Rusiya Federasiyasındakı mülki hədəflərə endirdiyi zərbələrlə bağlı materiallar göndərib.

Dövlət Dumasının sədri müraciətində Ukrayna hakimiyyətinin Rusiyanın dinc sakinlərinə qarşı yönəlmiş qanunsuz hərəkətlərinə diqqət çəkib. O qeyd edib ki, terror aktları insanların çoxlu toplaşdığı yerlərdə və mülki infrastruktur obyektlərində törədilir. Onların qurbanları, Volodinin qeyd etdiyi kimi, qatar sərnişinləridir.

Volodin həmçinin bəyan edib ki, Almaniya hökuməti Ukraynada raket istehsalına başlamağı planlaşdıraraq Rusiya Federasiyasına qarşı hərbi əməliyyatlara getdikcə daha çox cəlb olunur.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanı Moskvaya qarşı terror aktlarında Ukraynaya kömək etməkdə ittiham edib.

Nazir qeyd edib ki, ukraynalılar özləri də acizdirlər..?

Əli Babayev

Əlaqəli Xəbərlər