Miqrantlar arasında 141 sifilis hadisəsi aşkar edilib…


…Ötən il Tula təkcə vilayətində miqrantlar arasında 179 yoluxucu xəstəlik qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Rospotrebnadzorun regional idarəsi məlumat yayıb.

Müəyyən edilmiş xəstəliklər arasında: sifilis – 141, İİV(SPİD) – 31, vərəm – 7…

Bu hallar miqrantların, o cümlədən qeyri-qanuni miqrantların ictimai sağlamlıq üçün potensial təhlükə səbəbindən Rusiyada qalmasının arzuolunmazlığı barədə qərarın verilməsi üçün əsas olub.

Ümumilikdə, il ərzində şöbə 79 belə qərar qəbul edib: 54-ü sifilis, 24-ü İİV(SPİD), 1-i vərəmlə bağlı…

…Nəticədə miqrantlar müalicə olunaraq sağaldıqları üçün altı qərar dayandırılıb, ikisi isə ləğv edilib.

Əli Babayev

Əlaqəli Xəbərlər