III Çarlz artıq at belində hərbi paradlarda iştirak etməyəcək…


Britaniya kralı III Çarlz səhhətinə görə atlı hərbi paradlarda iştirak etməmək qərarına gəlib.

SİA-nın məlumatına görə, bu barədə The Sunday Times yazır.

…Bu, onun öz vəzifələrini aktiv şəkildə yerinə yetirərkən xərçənglə yaşamağa uyğunlaşdığı bir neçə güzəştdən biridir.

Nəşr yazır.

Qeyd olunur ki, monarx və kraliça Kamilla iyunun 14-də III Çarlzın doğum gününün qeyd edilməsi zamanı Bukingem sarayından Atlı Mühafizəçilər Paradına və geriyə getmək üçün vaqondan istifadə edəcəklər.

Beləliklə, kral özünün əvvəllər bərpa etdiyi “yəhərdə monarx” ənənəsinə son qoyub.

The Sun qəzeti Britaniyada Kral Qvardiyasına qarşı terror aktının qarşısı alındığını yazıb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər