Azərbaycan və Gürcüstan gənclərinin forumu keçiriləcək


İyunun sonlarında və ya iyulun əvvəllərində Bakıda Azərbaycan və Gürcüstan gənclərinin forumunun kreçirilməsi planlaşdırılıb. Bundan başqa, hər iki ölkənin gəncləri üçün Bakıda, Gəncədə və işğaldan azad olunmuş Azərbaycan ərazilərində yay düşərgəsinin keçirilmsi də nəzərdə tutulub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində Milli Məclisin Gürcüstan parlamenti ilə əlaqələr üzrə işçi qrupun rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev söyləyib.

Onun sözlərinə görə, eyni zamanda, gələcəkdə Gürcüstanın bəzi şəhərlərində, Qara dəniz sahillərində bu görüşlərin ikinci mərhələ olaraq davam etdirilməsi nəzərdə tutulur.

“Düşünürəm ki, Azərbaycan və Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun gündəmə gətirdiyi bu məsələ parlament sədrlərinin razılığı və dövlət başçılarının dəstəyi sayəsində nəzərdə tutulan planların həyata keçirilməsinə imkan verəcək”, – deyə A.Nağıyev vurğulayıb.

Əlaqəli Xəbərlər