Avropa Ukrayna qaçqınları məsələsində dalana dirənib…


Avropa İttifaqı ukraynalı qaçqınların statusu ilə bağlı qərar verə bilməz.

SİA xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” nəşri məlumat yayıb.

… Brüssel qorxur ki… ukraynalılar şəraitin onlar üçün ən əlverişli olduğu Avropa Birliyi ölkələrinə köçəcək. Bu, istər-istəməz ittifaqa üzv ölkələr arasında münaqişəyə gətirib çıxaracaq, – məqalədə qeyd olunur.

Nəşrin məlumatına görə, münaqişə başlayandan bəri təxminən 4,3 milyon ukraynalı Avropa Birliyi ölkələrində müvəqqəti müdafiə statusu alıb.

Bundan əvvəl EURACTIV məlumat vermişdi ki, Avropa Birliyi ukraynalı qaçqınların müdafiəsi ilə bağlı direktivdən çıxa bilər.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər