Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin və Somali Milli Ordusunun (SNA) hərbçiləri “Əş-Şəbab” terror qruplaşmasının üç səhra komandirini zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə Somali İnformasiya Nazirliyinin press-relizində deyilir. “Hiran bölgəsində həyata keçirilən məqsədyönlü əməliyyat nəticəsində terrorçuların basqınlarına rəhbərlik edən Nunule, Qalqadud bölgəsində terror kəşfiyyatının rəhbəri Kaddau və silahlıların təlim bazalarına rəhbərlik edən Makallin Kumar zərərsizləşdirilib”, – məlumatda bildirilir. Somali Prezidenti Həsən Şeyx Mohamud “Əl-Şabab”a qarşı “tam müharibə” aparacağına söz verib. Milli orduya yerli milislər və Afrika İttifaqı qoşunları dəstək verir.
Daha çoxDay: June 8, 2025
Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib
Münxendə insanlara bıçaqla hücum edərək bir neçə nəfərə xəsarət yetirən şəxs polisin atəşi nəticəsində zərərsizləşdirilib. SİA “Bild” qəzetinə istinadla xəbər verir ki, saat 20:00 radələrində ənənəvi Oktoberfestin keçirildiyi ərazidə bir qadın bıçaqla hücum edərək iki nəfərə xəsarət yetirib. Hadisə yerinə gələn polis əməkdaşı hücumun qarşısını almaq üçün xidməti silahdan istifadə etməli olub. Polis əməkdaşının atəşi nəticəsində həmin qadın ağır yaralanıb. O aldığı xəsarətlərdən xəstəxanada ölüb. Münxen polisinin xüsusi əməliyyat qrupu və kriminal polis hadisə yerinə cəlb olunub. Ərazi hərəkət üçün bağlanıb və genişmiqyaslı istintaq tədbirləri həyata keçirilib. İlkin məlumata görə,…
Daha çoxRusiya səmasında 300-dən çox PUA vuruldu
Rusiya hava hücumundan müdafiə sistemləri Kursk və Oryol vilayətləri üzərində Ukraynaya məxsus 32 PUA-nı vurub. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Moskva vaxtı ilə saat 20:00-dan 23:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 32 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib”, – nazirlikdən bildirilib. 27 PUA-nın Kursk vilayətində, daha beşinin isə Oryol vilayətində vurulduğu bildirilir. Nazirlik hücum nəticəsində həlak olanlar barədə məlumat verməyib. Ümumilikdə, son 24 saat ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri 300-dən çox PUA-nı vurub. Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinin (UAF)…
Daha çoxPentaqon naməlum uçan obyektlər haqqında dezinformasiya yayır
Pentaqon naməlum uçan obyektlər (UNO) haqqında dezinformasiya yayır. SİA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. “ABŞ ordusu yadplanetlilərin texnologiyasına dair sübutlar uydurdu və real məxfi silah proqramlarını gizlətmək üçün şayiələrin yayılmasına icazə verdi”, – məlumatda qeyd edilib. Nəşrin məlumatına görə, ABŞ Konqresi Pentaqonun 1980-ci illərə aid insidenti üzə çıxaran dezinformasiyası ilə bağlı araşdırmaya başlayıb. Həmin vaxt Hərbi Hava Qüvvələrinin polkovniki Nevada səhrasında ABŞ-ın çox məxfi obyektinin yaxınlığındakı bara baş çəkib. Hərbçi müəssisə sahibinə uçan boşqabların göstərildiyi iddia edilən görüntüləri verib. Mütəxəssislər hesab edirlər ki,…
Daha çoxİsrail ordusu Qəzzada radikalların komandirini məhv etdi
İsrail ordusu Qəzza şəhərində “Mücahid Briqadaları” (Kətaib əl-Mücahid) radikal qruplaşmasının komandirini öldürüb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin Qəzza şəhərində keçirdiyi birgə əməliyyat zamanı son illərdə Qəzza zolağında “Mücahid briqadaları” terror təşkilatına rəhbərlik etmiş terrorçu Əsəd Əbu Şaraya məhv edilib. Digər hücumda bu qruplaşmadan yaraqlı Mahmud Hamed zərərsizləşdirilib”, – deyə o bildirib. Qeyd olunub ki, “Mücahid Briqadaları”ndan olan radikallar 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edib, insanları oğurlayıb və girov tutublar.
Daha çoxAmerika şəhərləri sürətlə su altında qalır..?
…Təxminən otuz böyük Amerika şəhəri ciddi geoloji problemlə üz-üzədir: torpağın sürətlə çökməsi. Alimlər müəyyən ediblər ki, belə dəyişikliklərin 80 faizdən çoxu insan fəaliyyəti nəticəsində baş verir: binaları və sakinləri təhdid edir. SİA-nın məlumatına görə, amerikalı mütəxəssislərin araşdırması göstərib ki, ABŞ-da onlarla böyük şəhər dəniz səviyyəsinə nisbətən yüksəkliklərini sürətlə itirirlər. 28 məskunlaşmış ərazidə torpaqların nəzərəçarpacaq dərəcədə çökməsi qeydə alınıb, onların ərazilərinin demək olar ki, 20 faizini əhatə edir. Əsas səbəb kimi qrunt sularının həddindən artıq vurulması göstərilir. Mütəxəssislərin fikrincə, bütün çökmə hallarının 80 faizdən çoxu təbii amillərlə deyil, insan fəaliyyəti ilə…
Daha çox“Putin Rusiyanın altına “bomba” qoydu”..?
İqtisadçı imperiyanın dağılmasının necə olacağını izah edir… …Putin Ukraynaya qarşı böyük müharibəyə başlamaqla əsrlər boyu mövcud olan iqtisadi modeli sındırdı. Bunun nəticəsi Moskvanın zəifləməsi və böyük ehtimalla Rusiya Federasiyasının dağılması olacaq. SİA-nın əldə etdiyi məlumata görə, Dialoq.UA xəbər verir ki, bu fikri rusiyalı iqtisadçı, professor İqor Lipsits bildirib. O, əmindir ki, Rusiyanın dağılması milli meyarlara görə yox, iqtisadi meyarlara görə baş verəcək. …Siz Rusiyaya keçmiş dövlət kimi baxırsınız. Və 3 illik müharibə zamanı tamamilə fərqli Rusiya meydana çıxdı… Rusiya əsrlər boyu Avropa ilə ticarətlə yaşayıb.…
Daha çoxRusiyanın ən zəngin neft şirkəti gəlirsiz qalıb..?
Üç minə yaxın işçi ixtisar edildi..? …Rusiyanın hasilat həcminə görə dördüncü ən böyük neft şirkəti və kassadakı nağd pul baxımından birinci olan “Surqutnefteqaz”, cümə günü dərc olunan maliyyə hesabatlarına görə, 2025-ci ilin birinci rübünü qırmızı ilə başa vurub. SİA-nın məlumatına görə, bunu “The Moscow Times” qeyd edir. Yanvar-mart aylarında “Surqutnefteqaz” ötən ilin eyni dövründəki 268,5 milyard rubl mənfəətlə müqayisədə 439,7 milyard rubl xalis zərər alıb. BCS (…investisiya şirkəti-A.B.) analitikləri yazır ki, şirkətin itkilərinin əsas səbəbi rublun güclü olması olub. Dolların məzənnəsi üç ayda 100 rubldan…
Daha çoxTəbii ki, Rusiya yeni reallıqlarla barışmalı olacaq?..
Belə görünür ki, ruslar üçün daha cəhd etməyə ehtiyac yoxdur..? …Artıq SİA-nın dünən də yazdığı kimi, Londonda Böyük Britaniya və Qazaxıstanın Müdafiə nazirlikləri arasında 2025-2026-cı illər üçün hərbi əməkdaşlıq planı imzalanıb. Qazaxıstan Müdafiə Nazirliyinin saytında bildirilir ki, “əsas istiqamətlər sülhməramlılıq, dil hazırlığı və qazaxıstanlı hərbçilərin Böyük Britaniyadakı ali hərbi təhsil müəssisələrində təhsilidir”. …Və indi sual oluna bilər.!? Hər hansı bir NATO ölkəsinin Rusiya ilə oxşar bir şeyə girdiyini təsəvvür edə bilərsinizmi? Amma KTMT üzvü Qazaxıstan belə bir müqavilə bağlayır. KTMT-nin amorf, özəyi olmayan və vahid…
Daha çoxÇin Rusiyadan neft emal edən zavodlarından birini bağlayır..?
Zavodun bu ayın sonuna bağlanması planlaşdırılır… …Çin dövlət şirkəti olan “PetroChina” Çinin şimalındakı ən böyük neft emalı zavodu olan Dalian Petrochemical Corp-un sonuncu neft emalı blokunu bağlayacaq. SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir. Dörd neft sənayesi mənbəsi Reuters-ə bildiriblər ki, bağlanma ayın sonuna planlaşdırılır. “PetroChina” gələn ay Dalian Petrochemical Corp-da gündəlik 200 000 barrel xam neft blokunu və ikinci emal bölmələrini bağlayacaq. Bu, Çinin nəhəng dövlət zavodunu bağlamaq və onu daha kiçik bir zavodla əvəz etmək planının bir hissəsidir. İki mənbənin Reuters-ə verdiyi…
Daha çox