Simonyan ukraynalılara rəğbət bəsləyirdi..?


…Kiyev təzminata pul xərcləməmək üçün Rusiyadan əsgərlərinin cəsədlərini götürməyib.

SİA-nın məlumatına görə, bu fikri öz Teleqram kanalında bununla bağlı ukraynalılara rəğbət bəsləyən Marqarita Simonyan bildirib.

…Atalar və analar oğullarını humanist şəkildə dəfn edə bilmirlər, sağ olanlarla görüşə bilmirlər: Rejim təzminat üçün pul xərcləmək istəmir..?

Bundan əvvəl Ukrayna gözlənilmədən və qeyri-müəyyən müddətə əsirlərin, əsgər və zabitlərin cəsədlərinin dəyişdirilməsini təxirə salmışdı.

Bunu şərh edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bildirib ki, “göstərilən səbəblər müxtəlif və olduqca qəribədir”.

Eyni zamanda o, təsdiqləyib ki, Ukrayna Silahlı Qüvvələrinin 1212 nəfərlik əsgər cəsədlərinin “ilk partiyası” iyunun 7-də soyuducu yük maşınlarında mübadilə məntəqəsinə gətirilib və buraxılmağa hazırlanıb.

Əli Babayev

Əlaqəli Xəbərlər