Sumqayıtda birincilərin “Do Ee Mi” konserti keçirildi


Sumqayıt şəhər S.Rüstəmov adına 3 saylı musiqi məktəbində tədris ilini başa vuran birincilərin iştirakı ilə “Do Re Mi” adlı konsert proqramı təşkil olundu. SİA xəbər verir ki, bu tədbir gənc istedadların ilk səhnə təcrübəsi olmaqla yanaşı, onların musiqi dünyasına atdığı ilk addımları da əks etdirdi.

Konsertdə birincilər müxtəlif musiqi əsərləri ifa etdilər, həmçinin solo və ansambl çıxışları ilə səhnədə özlərini sınadılar. Onların səmimi ifaları müəllim və valideynlər tərəfindən böyük maraqla qarşılandı.

Bu tədbir uşaqların musiqiyə olan marağını artırmaq, səhnə mədəniyyəti və özünəinam bacarığını inkişaf etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Konsert, həmçinin şagirdlərin gələcək uğurlarına bir zəmin yaratmaq məqsədi daşıyırdı.

S.Rüstəmov adına 3 saylı musiqi məktəbi bu kimi tədbirlərlə şagirdlərin musiqiyə olan marağını daha da gücləndirməyi və onları kiçik yaşlarından sənətlə yaxından tanış etməyi hədəfləyir. Bu işdə məktəbin müəllim heyətinin əməyi əvəzsizdir.

Tədbirin sonunda birincilərə hədiyyələr verildi və müəllimləriylə birgə xatirə şəkilləri çəkildi.

Əlaqəli Xəbərlər