“Rusiya dünyaya orta barmaq göstərir”


“Bu ilin əvvəlindən Rusiya ordusu Ukraynaya təxminən 27 700 hava bombası, təxminən 11 200 “Şahed” və 9 000-ə yaxın digər tipli zərbə vuran pilotsuz uçan aparat, həmçinin ballistik raketlər də daxil olmaqla, 700-dən çox raketdən istifadə edərək Ukraynaya zərbələr endirib. Bu, yarım ildən az müddətə baş verənlərdir”. SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O qeyd edib ki, Rusiya “tammiqyaslı müharibənin ilk günlərindən bu sürət tempini kifayət qədər düşünülmüş şəkildə götürüb və başqa ölkələrdə” insanları “kütləvi şəkildə öldürə bilmək üçün öz dövlətini, sosial və iqtisadi sistemini yenidən qurub”.

V.Zelenksi yazıb: “Çoxları Rusiya ilə müxtəlif səviyyələrdə danışıb. Heç bir danışıqlar nəinki etibarlı sülhə, hətta müharibənin dayandıırılmasına belə gətirib çıxarmayıb. Təəssüf ki, Putin öz cəzasızlığını hiss edir və Rusiyanın bütün dəhşətli zərbələrindən sonra belə, daha bir neçə “cavab” hazırladığından danışır. Bu o deməkdir ki, hər yeni zərbəsi və diplomatiyanın hər dəfə təxirə salması ilə Rusiya bütün dünyaya orta barmağını göstərir. Bu barmaq Rusiyaya təzyiqi artırmaq istəməyən hər kəsə yönəlib. Hərçənd, o, sülh axtarmalıdır. Məhz onlar orada, Moskvada hiss etməlidirlər ki, müharibənin öz bədəli var – bu, böyük bədəldir və təcavüzkar üçün daha ağır olacaq. Dünya Putinin təhdidlərinə zəif reaksiya verəndə o elə başa düşür ki, hamı onun hərəkətlərinə göz yummağa hazırdır. Güc və təzyiq əvəzinə qarşısındakılardan zəiflik hiss etdikcə o, yeni-yeni cinayətlər törədir. Belə münasibəti səssiz icazə kimi qəbul edir – yeni vəhşiliklərə, yeni zərbələrə, yeni qətllərə icazə. Ona görə də biz Ukraynada müharibəni və Rusiyanın zərbələrini dayandırmağa çalışan hər kəsə minnətdarıq. Qatilin layiq olduğu cəzanı alacağını deyən, “rus raketləri və bombaları insanların həyatına son qoymalıdır” söyləyən hər kəsə minnətdarıq. Rusiya sülhü bərpa etməlidir. Məhz bu gün – Rusiyanın təcavüzü nəticəsində həlak olan ukraynalı uşaqların anım günündə biz dünyanın aparıcı güclərinə faktları xatırladırıq. Əgər güclülər Putini dayandırmırsa, deməli, onunla məsuliyyəti bölüşürlər. Yox, əgər bunu istəyir, amma bacvarmırlarsa, o zaman Putin artıq onları güclü hesab etməyəcək”.

Əlaqəli Xəbərlər