Prezident İlham ƏIiyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı yetirirəm. Dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir. Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin…
Daha çoxDay: June 5, 2025
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının tərkibi açıqlanıb
2024-cü ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 87%-ni ABŞ dolları, 3%-ni avro, 2%-ni Çin yuanı, 1%-ni İngiltərə funt-sterlinqi, 7%-ni isə XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) təşkil edib. Bu barədə SİA-ya qurumdan bildirilib. Məlumata görə, ötən il qurumun valyuta ehtiyatları hər bir tranşın və alt-portfellərin məqsədlərinə uyğun olaraq seçilmiş bençmarklar əsasında, xarici ölkələrin investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə investisiya edilməklə idarə edilib, daxili idarəetmə ilə yanaşı, xarici menecerlərlə əməkdaşlıq davam etdirilib. Bütövlükdə, valyuta ehtiyatları yüksək gəlirlilik və geosiyasi/geoiqtisadi reallıqlardan irəli gələn…
Daha çoxBayram gününün havası açıqlanıb
Bayram gününün havası açıqlanıb
Daha çoxAMB ötən il 15 milyard manatlıq səhm və istiqrazı dövlət qeydiyyatına alıb
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 15 milyard 114,4 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib. Bu barədə SİA-ya qurumdan bildirilib. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 42,1 % çoxdur. Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 2 milyard 333,6 milyon manat (əvvəlki ilə nisbətən 4,3 dəfə çox) olan 62 emissiya prospekti (82,35 % çox) və 3 informasiya memorandumu (25 % az) təsdiq edilib. Qiymətli kağızların kütləvi təklifinin stimullaşdırılması və özəl sektorun maliyyələşmə imkanlarının artırılması məqsədilə 1 iyul – 31 dekabr 2024-cü…
Daha çox“Qurtuluş Günü Azərbaycan xalqının müqəddəratını həll edən hadisə oldu”
“Hər bir xalq yaratdıqlarına görə tarixə düşür. Hər bir tarixi şəxsiyyət də xidmətlərinə görə tanınır və dillər əzbəri olur. Azərbaycan xalqı da tarix boyu ədalətinə və tolerantlığına görə dünya xalqları içərisində böyük nüfuz qazanıb”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. O bildirib ki, dünyanın qədim dövlətləri sırasında yer alan Manna, Albaniya, Atropatena öz müstəqilliklərini qorumaq üçün düşmənə hər cür müqavimət göstərmiş və bu gün xalqımızın öyünməsi üçün şərəfli bir tarix miras qoymuşlar: “Orta əsrlərin Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu və nəhayət, Səfəvilər dövləti Müsəlman Şərqinin qüdrətli dövlətləri sırasında…
Daha çoxAMB ötən il valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə gəlir əldə edib
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta aktivlərinin idarə edilməsindən rekord məbləğdə – 491,6 milyon ABŞ dolları gəlir əldə edib. Bu barədə SİA-ya qurumdan bildirilib. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 5,4 % çoxdur. Artım xarici pul və istiqraz bazarlarında mövcud əlverişli mühit və nisbi gəlirliliyin artırılması istiqamətində tətbiq edilən portfel strategiyaları ilə bağlıdır. Bununla belə, ötən il AMB-nin investisiya portfelinin gəlirliliyi əvvəlki ilə nisbətən 0,23 faiz bəndi azalaraq 4,5 %-ə düşüb.
Daha çoxQurban ətindən kabab çəkmək olar?
“Qurban əti ilə kabab çəkmək ümumiyyətlə haram və ya qadağan edilən bir şey deyil. Yəni insan öz halal qurban ətindən kabab da bişirə bilər, digər yeməklər də hazırlaya bilər. Lakin burada diqqət yetirilməli olan əsas məsələ qurban ətindən istifadə zamanı yaranacaq ictimai və mənəvi təsirlərdir”. Bu sözləri SİA-ya açıqlamasında İlhaiyyatçı, publisist Hacı Rahim İsmayılov deyib. Rahim İsmayılov sözlərinə belə davam edib: “Məsələn, əgər bir şəxs mənzildə yaşayırsa və orada qonşular var, xüsusilə maddi imkanı aşağı olan ailələr və ya uşaqlar varsa, kabab bişirdikdə ət iyi onların hissiyyatına təsir edə bilər.…
Daha çoxAMB ötən il 4 sığorta şirkətini və 4 sığorta brokerini hərtərəfli yoxlayıb
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 4 sığorta şirkətində və 4 sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. Bu barədə SİA-ya qurumdan bildirilib. Bundan başqa, məlumata görə, ötən il ölkə Pprezidentinin 31 yanvar 2024-cü il tarixli fərmanı əsasında Dövlət Sığorta Kommersiya Şirkəti – “Azərsığorta” ASC-yə, eləcə də könüllü müraciət əsasında “Bakı Sığorta” ASC-yə verilmiş lisenziyalar ləğv edilib, sığortalıların və kreditorların hüquqlarını qorumaq məqsədilə mütəmadi nəzarət tədbirləri həyata keçirilməkdədir. Həmçinin hesabat ilində sığorta sektoru üzrə beynəlxalq qanunvericiliyə və sığorta prinsiplərinə uyğun olaraq hazırlanan bir sıra normativ-hüquqi sənədlər təsdiq edilib.
Daha çoxAzərbaycanda “e-ahik” elektron informasiya sistemi istifadəyə verilib
Azərbaycanda “e-ahik” elektron informasiya sistemi istifadəyə verilib. SİA xəbər verir ki, bununla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) bugünkü tədbirində konfederasiyanın Aparat rəhbərinin müavinj Abbas Əliyev məlumat verib. O qeyd edib ki, AHİK üzvləri artıq evdən çıxmadan, canlı təmasa ehtiyac olmadan sanatoriya və istirahət mərkəzlərinə yollayış əldə edə biləcəklər: “Müraciətlər tamamilə elektron şəkildə, tək şəxsiyyət vəsiqəsilə həyata keçiriləcək. Daha sonra təsdiq alan şəxslər təqdim edilən sənədlə müvafiq sanatoriya və istirahət mərkəzinə yaxınlaşa biləcəklər. Bu tamamilə yeni layihədir və AHİK üzvlərinin işini asanlaşdıracaq”.
Daha çoxAzərbaycanda tədavüldə olan dövlət istiqrazlarının ümumi məbləği 47 % artıb
2024-cü ildə Azərbaycanda tədavüldə olan dövlət istiqrazlarının ümumi məbləği 2023-cü illə müqayisədə həcmi 47 % artaraq 9 milyard 353 milyon manata çatıb. Bu barədə SİA-ya Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, ötən il Maliyyə Nazirliyi “Bakı Fond Birjası” QSC-də (BFB) dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirib. Əvvəlki ilə nisbətən dövlət istiqrazlarının ilkin bazarının məbləği 28 % artaraq 4 milyard 790 milyon manata yüksəlib. Bundan başqa, 2024-cü ildə AMB BFB-də not yerləşdirilməsi üzrə 93 hərrac keçirilib. 2023-cü illə müqayisədə notlarla aparılan bazar əməliyyatlarının məbləği 49 % azalaraq 1 milyard 988…
Daha çox