“Mat”, yoxsa “pat” – ANALİTİK
Daha çoxDay: June 5, 2025
Bayram günlərində yağış yağacaq
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 25-28 dərəcə isti olacaq. İyunun 7-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 25-28 dərəcə isti olacaq. İyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz…
Daha çox“Azad bazar mühitində iqtisadi aktivlik yüksəlir”
“Ümumiyyətlə, azad bazar prinsipi bir çox ölkələrin sürətli iqtisadi inkişafına səbəb olmuşdur. Bu prinsipin əsas mahiyyəti iqtisadi azadlığın təmin edilməsidir. Azad bazar şəraitində iqtisadi subyektlərin fəaliyyəti dövlət tərəfindən tam şəkildə tənzimlənmir; əksinə, dövlət minimal müdaxilə prinsipi ilə əsasən tənzimləyici (regulyator) rolunu oynayır”. Bu sözləri SİA-ya açıqlamasında biznes üzrə ekspert İlkin Mirzəzadə deyib. Onun sözlərinə görə, bu iqtisadi sistemdə dövlətin rolu daha çox hüquqi çərçivələrin müəyyən edilməsi, rəqabət mühitinin qorunması və bazar münasibətlərinin şəffaf şəkildə fəaliyyət göstərməsini təmin etməklə məhdudlaşır: “Azad bazar iqtisadiyyatının üstünlükləri arasında aşağı vergi dərəcələrinin tətbiqi, sərbəst sahibkarlıq…
Daha çoxAzərbaycan XİN Danimarkanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkanı Konstitusiya günü münasibətilə təbrik edib. SİA-nın xəbərinə görə, təbrik mətni XİN-in rəsmi “X” səhifəsində yayılıb. “Danimarka Krallığını və xalqını Konstitusiya Günü münasibətilə təbrik edirik!”, – deyə paylaşımda qeyd edilib.
Daha çoxYay aylarında enerji səmərəli soyutma mövzusunda vebinar keçiriləcək
İyunun 10-da Energetika Nazirliyinin təşkilatçılığı ilə “Sərin qal, az ödə: Yay aylarında enerji səmərəli soyutma” mövzusunda vebinar keçiriləcək. SİA xəbər verir ki, vebinarda Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı tərəfindən yay aylarında məişət və qeyri-yaşayış sahələrində soyutma sistemlərinin düzgün istifadəsi, kondisioner seçimi və istifadəsində enerji səmərəliliyi prinsipləri, təbii ventilyasiya imkanları, izolyasiya tədbirləri və sadə davranış dəyişikliyi ilə enerji istehlakının və xərcinin necə azaldıla biləcəyi barədə ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq. Onlayn seminarda iştirak etmək istəyənlər 10 iyun tarixində saat 14:30-da Energetika Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə vebinara…
Daha çoxAzərbaycanda sahibkarlara yeni zəmanət mexanizmlərinin verilməsi müzakirə edilib
“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi və İpoteka və Kredit Zəmanət Fondu (İKZF) arasında yerli və xarici bazarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində yeni zəmanət mexanizmlərinin tətbiqini müzakirə edib. SİA bu barədə ABA-ya istinadən xəbər verir. Məlumata görə, ABA və İKZF-nın nümayəndələrinin iştirakı ilə onlayn formatda görüş keçirilib. Görüşdə sahibkarlar arasında qarşılıqlı hesablaşmanın təmin edilməsi ilə bağlı risklərin azaldılması, “dəyər zənciri”nin fasiləsizliyinin qorunması, nağdsız hesablaşmaların stimullaşdırılması, həm yerli, həm də xarici bazarda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi istiqamətində yeni zəmanət mexanizmlərinin tətbiqi ilə bağlı məsələlər müzakirə edilib, akkreditiv, faktorinq və bank qarantiyası kimi…
Daha çoxAzərbaycan enerji siyasətində yeni mərhələyə qədəm qoyur
2025-ci ilin iyununda Bakıda keçirilən 30-cu yubiley Bakı Enerji Həftəsi sadəcə sərgi və forum deyil, həm də ölkənin enerji strategiyasının yenilənmiş vizionunun nümayişi idi. Neft-qaz sektorunda uzun illər boyu formalaşmış təcrübənin üzərində qurulan bu yeni mərhələ yaşıl enerji keçidi, enerji təhlükəsizliyi və qlobal əməkdaşlıq istiqamətində Azərbaycanı daha strateji mövqeyə gətirməkdədir. Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın qlobal enerji bazarlarında oynadığı rol Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasının və Prezident İlham Əliyevin həmin ideyalar əsasında davam etdirdiyi kursun nəticəsidir. Məhz bunun nəticəsidir ki, Bakı Enerji Həftəsi dünyanın aparıcı…
Daha çox“Lombardlar banklarla müqayisədə daha sürətli xidmət göstərirlər”
“Lombardlar ənənəvi bank institutlarından fərqli olaraq, əsasən qısa müddətli likvidlik ehtiyaclarını qarşılamaq üçün fəaliyyət göstərirlər. Onların əsas fəaliyyət prinsipi girov təminatı əsasında kredit verməkdir. Yəni, müştəri müəyyən bir qiymətli əşyanı (məsələn, qızıl, zinət əşyası və ya digər likvid aktivlər) girov qoyaraq qısa müddətli maliyyə vəsaiti əldə edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı alim Altay İsmayılov deyib. Onun sözlərinə görə, lombardlar, adətən, banklarla müqayisədə daha sürətli xidmət göstərirlər və kreditin verilməsi zamanı mürəkkəb maliyyə təhlilləri və müştərinin ödəmə qabiliyyətinin dəyərləndirilməsi prosesləri aparılmır: “Bu səbəbdən lombardların fəaliyyətində risk səviyyəsi banklara nisbətən daha…
Daha çoxLaçının “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqlənib
Tacikistan Respublikasının paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın Baş naziri Əli Əsədov iclasda çıxış edərək gündəlikdəki iqtisadi, hüquqi və humanitar sahələrə aid məsələlərlə yanaşı, MDB-nin fəaliyyəti ilə bağlı büdcə və kadr məsələlərinə də diqqət çəkib. Humanitar əməkdaşlığı MDB çərçivəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi qiymətləndirən Baş nazir, könüllülük hərəkatının inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. “Məlum olduğu kimi, ötən ilin dekabr ayında Bakıda MDB-yə üzv dövlətlərin Könüllülük Hərəkatları Forumu uğurla təşkil olunmuşdur. Forumda MDB ölkələrindən gənclər fəal iştirak…
Daha çox“Karyera sərgisi keyfiyyətli insan kapitalı formalaşdırmağa töhfə verir”
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilmiş karyera sərgisi milli iqtisadiyyatın inkişafı üçün keyfiyyətli insan kapitalının formalaşmasına töhfə verir. SİA xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, karyera sərgisi gənclərin iqtisadiyyatın real sektorları ilə tanışlığı, işəgötürənlərlə birbaşa ünsiyyəti və gələcək karyera istiqamətləri ilə bağlı doğru qərarlar verməsi baxımından xüsusi əhəmiyyət kəsb edir: “Bu kimi tədbirlər, tələbələrin əmək bazarının tələblərini daha dərindən öyrənmələri, öz bilik və bacarıqlarını potensial işəgötürənlərə təqdim etmələrinə, eləcə də peşəkar inkişaf perspektivlərini müəyyənləşdirmələrinə geniş imkanlar yaradır”. Onun…
Daha çox