Azərbaycan və Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib. SİA xəbər verir ki, bu barədə qanunu Prezident İlham Əliyev imzalayıb. Qanunla 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.
Daha çoxDay: June 5, 2025
TV-də yayımlanan verilişlər ictimai şüura necə təsir göstərir?
İnsanlar yerli kanallarda zövqlərini oxşayan, onları düşündürən, maraqlandıran, əyləndirən proqramlar görmədikləri üçün xarici kanallara üz tuturlar. Qəribəsi isə budur ki, kanallarda verilişlərin səviyyəsi aşağı olduqca, reytinqi yüksək olur. İlk baxışdan bu, absurd görünsə də həqiqətdir. Televiziya kanalları öz tamaşaçısının sosial sifarişini yerinə yetirməyə məcburdur. Əks halda kanalın sonu tezləşər. Tamaşaçının sosial sifarişi ilə hazırlanan proqramlar reytinq qazanır. Reytinq aşağı olanda kanalın gəlirləri də azalır. Bu öldürücü formul özəl kanallarımıza qənim kəsilib. Ona görə də, kanallarımız şit, bayağı, səviyyəsiz proqramlardan əl çəkə bilmirlər və bu proqramların girovuna çevriliblər. SİA televiziya verilişləri…
Daha çoxAzərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
Prezident İlham Əliyev Mülki Prosessual Məcəllədə və “İcra haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin mayın 16-da qəbul etdiyi qanunu təsdiqləyib. SİA xəbər verir ki, yeniliyə əsasən, Azərbaycanda ölkədən getmək hüququ məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydası dəyişdirilib. Dəyişikliyə görə, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası…
Daha çoxGünümüzdə uşaqlar rəqəmsal mühitdə hansı əsas təhlükələrlə qarşılaşırlar?
Narkotiklər üzrə Vyana QHT Komitəsinin üzvü, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədovanın SİA-ya müsahibəsini təqdim edirik: – Büllur xanım, ilk olaraq soruşmaq istərdik: Sizcə günümüzdə uşaqlar rəqəmsal mühitdə hansı əsas təhlükələrlə qarşılaşırlar? – Əvvəllər uşaqların təhlükələrlə qarşılaşması əsasən real mühitdə baş verirdi. Amma bu gün texnologiyanın sürətli inkişafı ilə onlar həm də rəqəmsal mühitin risklərinə məruz qalırlar. Kibercinayətlər, zorakılıq, yalnış məlumatlar, fırıldaqçılıq, psixoloji təzyiqlər və təəssüf ki, narkotik maddələrin dolayısı və ya bilavasitə təbliği bu risklər arasındadır. Uşaqlar bəzən fərqinə varmadan bu təhlükələrin içində olur və bu, onların psixoloji…
Daha çoxBakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına start verilir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, bilet satışına da iyunun 15-dən start veriləcək. Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək. Sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatdırılırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq. Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00…
Daha çoxQurbanlıq necə seçilməlidir?
“Qurban ibadəti İslam dinində mühüm yerə malikdir və bu ibadətin düzgün şəkildə yerinə yetirilməsi üçün bəzi şərtlərə diqqət yetirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat institutunun müəllimi, İlahiyyat məscidinin imamı Vüqar Səmədov deyib. Vüqar Səmədov sözlərinə belə davam edib: “Qurbanlıq heyvanın seçilməsi, yaşı, fiziki vəziyyəti və kəsilmə vaxtı bu ibadətin qəbul olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qurban edilə biləcək heyvanlar İslami şəriətə görə yalnız dörd növ heyvan qurbanlıq ola bilər: 1. Dəvə cinsi – Qurbanlıq dəvə ən azı 5 yaşında olmalıdır. 2. Qaramal cinsi (inek, camış, dana) – Bu heyvanlar…
Daha çox“Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir”
“Ümumiyyətlə, hazırda Ermənistan – Azərbaycan arasında münasibətlərin yeni bir dövrü başlayıb. Davamlı təmaslar müxtəlif səviyyələrdə – Prezident, xarici işlər naziri və digər rəsmi şəxslər səviyyəsində intensivləşib”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Onun sözlərinə görə, 2025-ci ilin ilk altı ayı yaddaşımızda uğurlu qalacaq və hesab edirəm ki, bu, sülhə, sülh müqaviləsinə doğru atılan mühüm addım kimi dəyərləndirilməlidir: “Amma müqavilənin bu il imzalanıb-imzalanmaması artıq Azərbaycanın iradəsi ilə bağlı deyil, yəni bu, Azərbaycan tərəfinin üzərinə düşən bir məsuliyyət deyil. Bu, Ermənistan tərəfinin atacağı addımlardan asılıdır. Bilirik ki, hələ 2020-ci…
Daha çoxSabahdan Bakıda leysan olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Daha çox“Ulu öndər müasir Azərbaycanın memarı və qurucusudur”
“Ulu öndər xalqımızın tarixinə Azərbaycanla bağlı gördüyü işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşmüşdür. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Bütün bunlara görə Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan xalqınının Ümummili lideri, Ulu öndər, müasir Azərbaycanın memarı və qurucusu da adlandırır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının…
Daha çox“Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır”
“Son illər ərzində Azərbaycanda, xüsusilə də regionlarda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Yüksək keyfiyyətli yolların çəkilməsi və ümumiyyətlə avtomobil yollarının yenilənməsi prosesi sürətlə davam edir. Artıq 2015-ci ildən başlayaraq bu tendensiya daha da geniş vüsət almışdır. Hətta şəhərlərin daxilində belə yollar yüksək standartlara uyğun şəkildə asfaltlanır”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı ekspert Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Bu, yol infrastrukturunun yaxşılaşdırılması baxımından təqdirəlayiq və davam etməli olan bir meyildir. 2003-cü ildə prezident seçkiləri zamanı mən dairə seçki komissiyasının üzvü kimi…
Daha çox