Azərbaycan dünya dövlətlərini 2026-cı il iyunun 5-də Bakıda keçiriləcək “Ümumdünya Ətraf Mühit Günü”ndə (World Environment Day) iştirak etməyə dəvət edir. SİA xəbər verir ki, bu barədə bu gün Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Seulda keçirilən “Ümumdünya Ətraf Mühit Günü”ndə çıxışı zamanı bildirib. Nazir müavini xatırladıb ki, 2026-cı ildə Azərbaycanda 13-cü Ümumdünya Şəhərlər Forumu (WUF13) da keçiriləcək. “Azərbaycan 2026-cı ildə hər iki tədbiri Bakıda qəbul etməyə hazırlaşır. Biz öz töhfəmizi verməyə, beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsində, daha dayanıqlı şəhərlər və icmalar yaratmağa imkan verəcək həllərin tətbiqində əməkdaşlıq etməyə…
Daha çoxDay: June 5, 2025
Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,34% azalaraq 3 387,8 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 0,08% artaraq 34,67 ABŞ dolları olub. Your browser does not support the video tag. Sizin reklam yeriniz
Daha çoxAzərbaycanda akvakultura torpaqlarının kateqoriyasına dair normalar dəqiqləşdirilir
Azərbaycanda akvakultura təsərrüfatlarına məxsus torpaqların kateqoriyası ilə bağlı normalar dəqiqləşdirilir. SİA xəbər verir ki, bununla bağlı Torpaq Məcəlləsində və “Balıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi təklif olunur. Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, Ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilib və həmin Qaydaların 1.9-cu bəndində akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsinin tələb olunmaması müəyyən edilib. Xatırladaq ki, akvakultura anlayışı balıq və digər su bioresurslarının, o cümlədən nadir…
Daha çoxQaraçuxur qəsəbəsində işıq kəsiləcək
Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qaraçuxur qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir və budama işləri ilə əlaqədar iyunun 5-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək qəsəbənin Nizami İsmayılov və Cəlal Qurbanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çox“AZSIĞORTA” ASC-də yeni təyinat
Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İqbal Nəbi oğlu Rüstəmov “AZSIĞORTA” ASC-nin Direktorlar Şurasının müstəqil üzvü təyin edilib. SİA xəbər verir ki, İqbal Rüstəmovun karyerası əsasən Azərbaycan bank və texnologiya sektorunu əhatə edir. O, indiyədək “Bank of Baku” ASC, “Kapital Bank” ASC və “AFB Bank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hazırda isə “PashaPay” MMC-də Ekspert məhsul lideri vəzifəsində çalışır. İqbal Rüstəmov Bakı Dövlət Universitetində Tətbiqi Riyaziyyat və Kibernetika ixtisası üzrə bakalavr dərəcəsi alıb, Yale School of Managementin idarəetmə təlimini və IE Business School Executive MBA proqramlarını bitirib. Hazırda “AZSIĞORTA” ASC-nin Direktorlar…
Daha çoxLökbatan qəsəbəsində qaz olmayacaq
Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qaz tənzimləyicinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə iyunun 5-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci massivin bir hissəsinin, 28 May, D.Bünyadzadə küçələrinin və “Neftçi” MTK-nın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Daha çoxBakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda 1. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Xətai prospekti, “Şərq bazarı” istiqamətində; 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli…
Daha çoxHusilər növbəti dəfə İsrail aeroportuna zərbə endirdi
Husilər növbəti dəfə İsrail aeroportuna zərbə endirdi
Daha çoxDubay gənclər arasında Para-Asiya oyunlarına ev sahibliyi edəcək
Cari il dekabrın 7-dən 14-dək BƏƏ-nin Dubay şəhərində gənclər arasında Para-Asiya oyunları keçiriləcək. SİA BƏƏ xəbər agentliyinə istinadla bildirir ki, 45 ölkənin iştirak edəcəyi idman tədbiri barədə müqavilə Dubayda Asiya Paralimpiya Komitəsinin qərargahında imzalanıb. Qeyd edək ki, adıçəkilən oyunların Özbəkistanda keçirilməsi barədə razılıq əldə edilmişdi. Lakin Özbəkistan son anda bu barədə fikrinə dəyişiklik edib.
Daha çoxBu ərazidə bir neçə saat işıq olmayacaq
Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qaraçuxur qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir və budama işləri ilə əlaqədar iyunun 5-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq, saat 09:00-dan saat 15:00-dək qəsəbənin Nizami İsmayılov və Cəlal Qurbanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çox