Mərkəzi Bank Gəncədə vətəndaşların səyyar görüşünü keçirib


Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti təşəbbüs Gəncə şəhərində vətəndaşların səyyar görüşünün keçirilməsi olub.

SİA-nın məlumatına görə, AMB-dən bildirilib ki, görüş zamanı vətəndaşların müraciətləri üzrə müvafiq izahatlar verilib, əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşların ərizələri qeydə alınıb. Görüşdə müraciətlərini şifahi şəkildə ünvanlayan vətəndaşlardan araşdırma üçün zəruri məlumatlar əldə olunub.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar görüşlərin keçirilməsi davam etdiriləcək.

Əlaqəli Xəbərlər