Zelenski hərbi kadr dəyişikliyi etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Quru Qoşunlarının komandanı vəzifəsindən istefa verən Mixail Drapatıyı yeni vəzifəyə təyin edib. SİA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Zelenski fərman imzalayıb. Drapatıy Birləşmiş Qüvvələrin komandanı vəzifəsinə gətirilib. “Mixail Drapatıy xüsusi olaraq döyüş məsələlərinə diqqət yetirəcək və Birləşmiş Qüvvələr komandiri təyin edilib ki, o, cəbhə ilə məşğul ola bilsin. Quru qoşunları sisteminə, xüsusən təlim, hazırlıq və bununla bağlı digər vəzifələrə gəlincə, onlarla başqa şəxs məşğul olacaq”, – Ukrayna lideri sosial şəbəkə hesabında qeyd edib. Bundan başqa Ukrayna dövlət başçısı Oleq Apostolun Desant Hücum Qoşunlarının, Robert Brovdinin isə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı təyin edilməsi haqqında fərmanlar imzalayıb.

Əlaqəli Xəbərlər