Sumıda “boz zona” var, bəzi kəndlər dağıdılıb


Ruslar yenidən Sumı vilayətində irəliləməyə cəhd göstəriblər. Lakin bunu planlaşdırdıqları şəkildə həyata keçirə bilməyiblər.

SİA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib.

“Burada heç bir sürpriz yoxdur, hərbçilər nə edəcəyini bilirlər və əllərindən gələni edirlər. Biz onların məhz Sumı istiqamətindən başlayacaqlarını gözləyirdik, amma Şərq, Zaporojye və Xarkov barədə də anlayışımız vardı”, – deyə o qeyd edib.

Dövlət başçısı bildirib ki, Sumı vilayətinə hücum rus hərbçiləri tərəfindən əvvəlcədən planlaşdırılmışdı və hazırda baş verənlər bu hücumun növbəti dalğasından başqa bir şey deyil.

“Onlar bunu davam etdirəcəklər, amma Sumıda uğur qazana bilmirlər. Təəssüf ki, bir “boz zona” mövcuddur, bəzi kəndlər dağıdılıb”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, əvvəlcə ruslar bütün cəbhə boyunca hücuma keçmək istəyiblər, sonra fikirlərini dəyişərək Sumı və digər vacib şəhərləri 30-40 kilometr məsafədən nəzarətə götürmək və dağıtmaqla kifayətlənəcəklərini düşünüblər.

“Daha sonra bu məsafəni 7-10 kilometrə endirdilər, çünki qüvvələrinin yetərli olmadığını başa düşdülər. Yetərli olsaydı, daha da irəliləyəcəkdilər”, – deyə Prezident əlavə edib.

Əlaqəli Xəbərlər