Şəhid ailələrinə dəstək üçün silsilə tədbirlər keçirilib…


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid ailələrinin sosial rifahına və şəhid övladlarının mənəvi inkişafına yönəlmiş silsilə tədbirlər həyata keçirilib.

Əvvəlcə şəhid ailələrinin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil olunub. Sərgidə 22 şəhid ailəsi üzvünün hazırladığı rəsm və əl işləri nümayiş etdirilib və satışa çıxarılıb.

SİA xəbər verir ki, ardıcıl olaraq dördüncü dəfə keçirilən tədbirin əsas məqsədi şəhid ailələrinin həyat keyfiyyətinin artırılması və onların sosial inteqrasiyasına dəstək göstərməkdən ibarətdir.

Silsilə tədbirlərin davamı olaraq, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün xüsusi əyləncəli proqram təşkil olunub. 50 şəhid övladının iştirak etdiyi tədbir çərçivəsində uşaqlar at gəzintisi və qayıq turunda iştirak edib, müxtəlif öyrədici və inkişafetdirici oyunlarda bacarıqlarını nümayiş etdiriblər. Onlar, həmçinin maraqlı şou proqramları izləyərək, xoş və yaddaqalan anlar yaşayıblar.

Əlaqəli Xəbərlər