Köhnə dönəm üçün bu qanun layihəsinin həyata keçirilməsi asan olmayacaq

İctimai mühitdə kifayət qədər aktiv olan müzakirələr aparılır. Bu məsələnin belə bir şəraitdə və qurum rəsmilərinin burada iştirakı ilə aparılması, problemləri nəzərdə saxlamağa kömək edəcək. SİA xəbər verir ki, bunu milli məclisin deputatı Vüqar Rəhimzadə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai dinləməsi zamanı deyib. Onun sözlərinə görə, bu qanun barəsində “Azəristilik” təchizatın qarşısında böyük işlər durur. Bunu da qeyd etmək yerinə düşər ki, bizim istilik təchizatı köhnə şəraitdədir və sovet dövründən qalıb. Köhnə dönəm üçün bu qanun layihəsinin həyata keçirilməsi asan olmayacaq. Yeni tikililərdə isə vahid qanun çərçivəsində reallaşdırmaq…

Daha çox

“Uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir”

Azərbaycanda uşaqların 75 faizi gündəlik olaraq internetdən istifadə edir. SİA xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğu nəticəsində üzə çıxıb. Komitənin şöbə müdiri Elgün Səfərov “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada bildirib ki, respondentlərin 67 faizi valideynlərin internetlə bağlı onlara heç bir məhdudiyyət qoymadığını bildirib: “Uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir. Bu ciddi rəqəmdir. Uşaqlar xüsusilə sosial şəbəkələr vasitəsilə zərərli informasiyaların, hətta insan alverinin qurbanına çevrilə bilərlər”. O qeyd edib…

Daha çox

Energetika sektoru ölkə iqtisadiyyatının əsas sütunlarından biri kim strateji rol oynayır

“İstilik təchizatı haqqında” qanun layihəsi ölkəmizdə həyata keçirilən enerji siyasətinin hüquqi əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Qanun layihəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan enerji strategiyasının, həmçinin bu sahədə aparılan qanunvericilik islahatlarının mühüm bir hissəsidir. Azərbaycanın enerji sahəsində atdığı addımlar yalnız region üçün deyil, eyni zamanda, qlobal enerji təhlükəsizliyi baxımından da ciddi əhəmiyyət daşıyır. SİA xəbər verir ki, bu fikirləri Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Fatma Yıldırım komitənin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib. Onun sözlərinə görə, energetika sektoru ölkə iqtisadiyyatının…

Daha çox

Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşüb

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri Akihisa Naqaşima ilə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan-Yaponiya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunub. Baş nazirin müşaviri Akihisa Naqaşima ölkələrimizin energetika, neft-qaz sahələrində əməkdaşlığının yüksək templə inkişaf etdiyini, bərpaolunan enerji sahəsində əməkdaşlığın böyük perspektivlərinin olduğunu deyib. O, Azərbaycanın Osakada keçirilən “Ekspo 2025”də fəal iştirakına görə təşəkkür edib, sərgidəki milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdiyini bildirib. Anar Ələkbərov Azərbaycan Prezidentinin Yaponiya ilə əlaqələrin…

Daha çox

İstilik enerjisi ilə bağlı bizim üçün dönüş nöqtəsi Qarabağ oldu

Qarabağda mərkəzi istilik sisteminin quruşdırılması qəti şəkildə müdafiə edilir və bu istiqamətdə addımlar atılır. SİA xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında – “İstilik təchizatı haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib. “İstilik enerjisi ilə bağlı bizim üçün dönüş nöqtəsi Qarabağ oldu. Bildiyiniz kimi, həmin ərazi “yaşıl enerji” zonası elan edilib və biz 2050-ci ilə qədər xalis 0 emissiyaya nail olmağı hədəf götürmüşük. Mərkəzi sistem niyə əhəmiyyətlidir? Çünki daha ucuz və təhlükəsizdir”, – deyə o qeyd edib.

Daha çox

“Ətraf mühitin qorunması hər bir vətəndaşın da məsuliyyətidir”

“BMT-nin 5 iyun 1972-ci ildə Stokholm şəhərində keçirilən iclasında ilk dəfə olaraq ətraf mühitin qlobal səviyyədə mühafizəsi məsələsi beynəlxalq gündəmə gətirildi. Həmin tarix indiyə qədər hər il Dünya Ətraf Mühit Günü kimi qeyd edilir və dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu günə xüsusi diqqət yetirilir. Ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı dövlət siyasəti və bir çox konkret tədbirlər həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib. Ekoloq sözlərinə belə davam edib: “Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində görülən əsas tədbirlər: 1. Qanunvericilik və strateji sənədlər “Ətraf Mühitin…

Daha çox

Hazırda əhalinin sosial təminatının yaxşılaşdırılması üçün geniş imkanlar yaradılır

“Vətəndaşların sosial rifahının yüksəldilməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməlidir. Bu istiqamətdə atılan addımlar, Azərbaycan Respublikasının tarixi inkişaf trayektoriyasının təməlini qoyan və onu uğurla davam etdirən dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər”. SİA xəbər verir ki, bunu millət vəkili Hicran Hüseynova Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai dinləməsi zamanı deyib. Onun sözlərinə görə, hazırda əhalinin sosial təminatının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi üçün geniş imkanlar yaradılır: “Bu prosesin davamlı və hüquqi əsaslarla tənzimlənməsi üçün isə ilk növbədə qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Hazırkı müzakirə mövzusu…

Daha çox

“Azərbaycan mətbuatı yeni dövrün çağırışlarına cavab verməyə çalışır”

“Azərbaycan mətbuatı bu 150 il ərzində həm milli, həm də bəşəri dəyərlərin daşıyıcısı kimi çıxış etmiş, zaman-zaman ağır sınaqlardan keçmiş, lakin heç zaman öz əsas missiyasından – cəmiyyətə xidmət etmək amalından dönməmişdir. Bu gün Azərbaycan mətbuatı yeni dövrün çağırışlarına cavab verməyə çalışır, rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda yenilənir və öz sözünü daha müasir formatlarda çatdırmağa çalışır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, mətbuatın bu tarixi missiyası qarşıdakı illərdə də davam edəcək və 150 illik zəngin təcrübə bu işdə möhkəm təməl olacaq: “Azərbaycan mətbuatının keçdiyi…

Daha çox

İnvestorlar üçün risklərin azaldılması nəzərdə tutulub

Azərbaycanda “İstilik təchizatı haqqında” qanunun qəbul edilməsi ilə ilk növbədə texniki itkilər və resurs israfı azaldılacaq.SİA xəbər verir ki,bunu Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov komitənin ictimai dinləməsi zamanı bildirib. Onun sözlərinə görə, yeni qanun xidmətin keyfiyyətinin artırılmasına, sosial obyektlərin və yaşayış fondunun fasiləsiz istiliklə təmin edilməsinə, ətraf mühitə təsirin azaldılmasına, enerji effektiliyinin artırılmasına, dövlət və özəl sektor arasında funksional tərəfdaşlıq modelinin qurulmasına, innovasiya və rəqəmsallaşma imkanlarının genişləndirilməsinə, “ağıllı sayğacı”və uçot sisteminin qurulmasına imkan verəcək. “Sənəddə investorlar üçün risklərin azaldılması, onlar üçün sabit mühitin yaradılması…

Daha çox