“Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında baş tutan son görüşü həm simvolik, həm də strateji baxımdan tarixi bir hadisədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, üç qardaş və strateji müttəfiq ölkənin dövlət başçılarının görüşünün Azərbaycan Respublikasının Müstəqillik Günü – 28 Mayda keçirilməsi bu zirvə toplantısına xüsusi məna və rəng qatmışdır: “Bu görüş təkcə dostluq və qardaşlıq münasibətlərinin nümayişi deyil, həm də regionda baş verən proseslərə dair mühüm mesaj xarakteri daşıyırdı. Laçının seçilməsi isə xüsusi simvolizm daşıyır: vaxtilə Qarabağa giriş nöqtəsi kimi istifadə olunan və uzun…
Daha çoxDay: June 4, 2025
Hər il isitmə üçün 28 milyard kVt/saat enerji istifadə edilir
Azərbaycanda hər il isitmə məqsədi ilə 28 milyard kVt/saat enerji istifadə edilir. SİA xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında – “İstilik təchizatı haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib. Onun sözlərinə görə, bu, kifayət qədər böyük rəqəmdir: “10 % qənaət enerjiyə 2,8 milyard kVt/saat qənaət deməkdir. Bu səbəbdən də təqdim edilən qanun layihəsi qabaqcıl ölkələrin təcrübələrini və Azərbaycan reallığını nəzərə almaqla hazırlanıb. Bu qanunun qəbul edilməsi bizə səmərəli fəaliyyət üçün stimul yaradcaq”, – deyə o qeyd edib.
Daha çoxölkəmizə olan inam və etibarın göstəricisidir
Ölkəmizdə iyunun 2-dən başlayaraq Bakı Enerji Həftəsi keçirilir. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. Bunlar 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”u dur. Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Bakı Enerji Həftəsi sənaye liderləri və innovatorlar üçün çox vacib bir tədbirdir. Belə ki,…
Daha çoxKomitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir
Azərbaycanda gündəlik olaraq uşaqların 75 faizi internetdən istifadə edir. SİA xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğu nəticəsində üzə çıxıb. Komitənin şöbə müdiri Elgün Səfərov “Uşaqların kibermühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada bildirib ki, respondentlərin 67 faizi valideynlərin internetlə bağlı uşaqlara heç bir məhdudiyyət qoymadığını bildirib: “Uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir. Bu, ciddi rəqəmdir. Uşaqlar xüsusilə sosial şəbəkələr vasitəsilə zərərli informasiyaların, hətta insan alverinin qurbanına çevrilə bilərlər”. O qeyd edib ki,…
Daha çoxQubada 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq
Quba rayonunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi-Səbətlər-Qənidərə-Sırt Çiçi-Təngəaltı avtomobil yolu əsaslı təmir olunacaq. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla 7 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
Daha çox“Bəzi ölkələrdə uşaqların “TikTok”a girişi qadağan edilib”
“Azərbaycanda süni intellektlə bağlı uşaqların müdafiə mexanizmlərinin gücləndirilməsi haqqında fəaliyyət planı qəbul edilməlidir”. SİA xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada təklif səsləndirib. O qeyd edib ki, Fransa, Böyük Britaniya və s. ölkələr artıq bu planı qəbul edib: “Həmçinin bəzi ölkələrdə uşaqların tiktoka girişi qadağan edilib. Bizdə də bu istiqamətdə addım atılmalıdır”.
Daha çoxAzərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər
Azərbaycanda mərkəzi istilik sisteminə qoşulmaq mənzil mülkiyyətçilərinin öz iradəsindən asılı olacaq. SİA xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında – “İstilik təchizatı haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib. “Çoxmənzilli yaşayış binalarının sakinləri istilik xidmətindən istifadə etmək üçün həm “Azəristiliktəchizat” ASC-yə müraciət edə, həm özəl şirkət tuta, həm də özləri şirkət yarada bilərlər. Belə olduqda artıq tarif müəyyən etməyin də mənası qalmır. Vətəndaşlar hər ayın sonunda istilik xərclərini öz aralarında bölüşdürə bilərlər. Təbii ki, sayğac quraşdırılana qədər. Bu…
Daha çox“Rusiya ilə NATO arasında qlobal miqyaslı strateji qarşıdurma mövcuddur”
“Son günlərdə “Hörümçək Toru” əməliyyatı kimi tanınan hadisə, həm dünya, həm də Azərbaycanın kütləvi informasiya vasitələrində geniş müzakirə mövzusuna çevrilmişdir. Bu əməliyyatın yalnız görünən deyil, həm də görünməyən geosiyasi və strateji aspektləri mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. O bildirib ki, əməliyyatın yüksək peşəkarlıqla həyata keçirilməsi göstərir ki, Rusiya Federasiyasının xüsusi xidmət orqanları bu proseslərdə passiv iştirakçı və ya səssiz müşahidəçi kimi davranıblar: “Bu, bir daha təsdiqləyir ki, hazırda Rusiya ilə NATO arasında yalnız lokal deyil, qlobal miqyaslı strateji qarşıdurma mövcuddur. Bu qarşıdurma bəzi parametrlərinə görə, artıq…
Daha çoxAzərbaycanda uşaqların tiktoka girişinin qadağan edilməsi təklif olunur
Azərbaycanda uşaqların tiktoka girişinin qadağan edilməsi təklif olunur. SİA xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov “Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda uşaqların süni intellektlə bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi haqqında fəaliyyət planı qəbul edilməlidir: “Fransa, Böyük Britaniya və s. ölkələr artıq bu planı qəbul edib. Eyni zamanda bəzi ölkələrdə uşaqların tiktoka girişi qadağan edilib. Bizdə də bu istiqamətdə addım atılmalıdır”.
Daha çoxQurban bayramında qurban kəsimləri saat neçəyə qədər olmalıdır?
“Qurban bayramında, bayram günü və bayramdan sonra iki-üç gün ərzində qurban kəsmək olar. Cəfəri məzhəbində Həcc ziyarətində olan insanlar üçün qurban kəsmək vacibdir. Amma ölkəmizdə olan insanlar üçün əgər imkanı varsa, qurban kəsmək müstəhəbdir (yəni tövsiyə olunur). Əgər imkanı yoxdursa, qurban kəsməyə bilər”. Bu sözləri SİA-ya açıqlamasında “Heydər” məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, ilahiyyatçı Rüfət Qarayev deyib. Onun sözlərinə görə, digər tərəfdən, qurbanın kəsilmə vaxtı adətən günəş çıxandan sonra olsa, daha məqsədəuyğun hesab olunur. Yəni əvvəlcə bayram namazı qılınmalı, daha sonra qurban kəsilməlidir: “Amma qeyd etdiyim kimi,…
Daha çox