Azərbaycanda “Daşınmaya (nəql edilməyə) və (və ya) istifadəyə hazırlanmış yanar təbii qazın təhlükəsizliyi” haqqında texniki reqlament hazırlanıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. Texniki reqlament yanar təbii qazın dövriyəsi zamanı insanların həyatı və sağlamlığının, əmlakın, ətraf mühitin, heyvanlar və bitkilərin həyatı və (və ya) sağlamlığının müdafiəsinin, istehlakçılar tərəfindən (istifadəçilər) mümkün yanlış hərəkətlərin qarşısının alınmasının, eləcə də enerji effektivliyinin və resurslara…
Daha çoxDay: June 4, 2025
Baş nazir Əli Əsədov Düşənbədə işgüzar səfərdədir
Azərbaycanın Baş naziri Əli Əsədov tacikistanlı həmkarı Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gəlib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistanın Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıb.
Daha çox“Maral Əfsanəsi” nin təqdimatı – Uşaqlar üçün maraqlı və unudulmaz bir gün
İlqar Yusufov adına Goradil tam orta məktəbin 3-cü sinf şagirdi Selcanxatun Həsənzadənin “Maral Əfsanəsi” adlı uşaq kitabının təqdimatı keçirildi. SİA-nın məlumatına görə, bu kiçik kitabçada yer alan “Maral əfsanəsi” bir məktəb essesinin nəticəsi olaraq ərsəyə gəlib. Selcanxatun ev tapşırığı olaraq yazdığı bu nağılda təsəvvür gücünü və yazı bacarığını göstərib. Tədbir balaca oxucular üçün həm maraqlı, həm də maarifləndirici anlarla yadda qaldı. Balaca şagirdlərlə səmimi söhbət edən məktəbin direktoru Rəmziyyə Heydərova uşaqlara kitab oxumağın faydalarından danışaraq, onların həyatında kitabın yerini vurğuladı. Rəmziyə xanım qeyd etdi ki, kitab oxumaq və kitabı sevmək…
Daha çoxGənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar şəxsi heyətin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə xüsusilə adaptasiya dövründə olan gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub. Hərbi hissələrdə komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlər görülür, bütün növ təminat yüksək səviyyədə təşkil olunur: “İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, qarşıdan gələn Qurban bayramı…
Daha çox“Enerji sərgiləri Azərbaycanın neft-qaz sektorunun inkişafına töhfə verib”
“Müstəqilliyimizin ilk illəri ağır və təhlükəli olmuşdur. 90-cı illərin əvvəlində Ermənistanın ərazilərimizi işğal etmək məqəsdilə hücuma keçməsi, ölkədə siyasi xaosun baş alması, iqtisadi tənəzzül və vətəndaş müharibəsinin başlanması 70 ildə arzuladığımız və ikinci dəfə qovuşduğumuz dövlət müstəqilliyimizi yenidən təhlükə altına almışdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, ölkəni bu ağır vəziyyətdən Ulu Öndər Heydər Əliyev xilas etdi: “90-cı illərin əvvəlində ölkənin müstəqilliyini möhkəmlətmək, dünya dövlətləri sisteminə inteqrasiya olunmaq və inkişafa nail olunması üçün yeganə mənbə ölkəmizin neft sektorundan səmərli istifadə olunması idi. Amma neft…
Daha çoxXaricdəki antimilli ünsürlər barədə məhkəmə qərarı icra olunacaq
Azərbaycan dünya miqyasında gücləndikcə, qüdrətli dövlət çevrildikcə bəzi xarici məkrli dairələrin ölkəmizə qarşı qərəzli münasibətləri də artır. Onlar hər vəchlə ölkəmizin imicini ləkələmə, uğurlarına kölgə salmağa çalışırlar. Bu çirkin fəaliyyət yolunda müxtəlif cinayət əməlləri törətdiklərinə görə qaçıb xaricdə gizlənən azərbaycanlılardan da istifadə edirlər. Satmağa və satılmağa adət edən Leyla Yunus, Orduxan Temirxan, Arif Yunus, Trol Sadıqlı, Manaf Quliyev, Arif Məmmədov, Sevinc Osmanıqızı, İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev, Qurban Məmmədov və digər xaricdəki antimilli ünsürlər sifarişli şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. O dərəcədə…
Daha çoxQMİ sədri Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. SİA-nın xəbərinə görə, sədr qeyd edib ki, əziz bayramı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman əsgərlərin sayəsində Xankəndidə, Əsgəranda, Xocalıda üçrəngli bayrağı ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılamaq qürurvericidir. A. Paşazadə vurğulayıb ki, builki bayram AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyun tarixinə təsadüf edir: “Həmişə xaqlın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü…
Daha çoxAzərbaycan Qvineya-Bisau ilə energetika sahəsində yol xəritəsi hazırlayacaq
Azərbaycan Qvineya-Bisau Respublikası ilə energetika sahəsində yol xəritəsi hazırlayacaq. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Nazir bildirib ki, Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama ilə görüşüb. Görüşdə neft-qaz, elektrik enerjisi və enerji tənzimlənməsi sahələrində Azərbaycanın zəngin təcrübəsinin bölüşdürülməsi, eləcə də kadr potensialının inkişaf etdirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Bu çərçivədə ekspertlər arasında görüşlərin təşkili və seminarların keçirilməsi barədə razılıq əldə edilib.
Daha çoxAzərbaycanda “Pirotexniki məmulatların təhlükəsizliyi haqqında texniki reqlament” hazırlanıb
Azərbaycanda “Pirotexniki məmulatların təhlükəsizliyi haqqında” texniki reqlament hazırlanıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. Bu texniki reqlament pirotexniki məmulatların təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir. Azərbaycanda pirotexniki məmulatların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə pirotexniki məmulatlar ona tətbiq olunan bütün texniki reqlamentlərin də tələblərinə uyğun olmalıdır.
Daha çoxAzərbaycanda partlayışa davamlı avadanlıqla bağlı texniki reqlament hazırlanıb
Azərbaycanda “Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyi haqqında” texniki reqlament hazırlanıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur. Bu texniki reqlament partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyinin təmin edilməsi və onların istehlak bazarda sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir. Azərbaycanda partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlıqların təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, ölkədə olan partlayış…
Daha çox